Beynəlxalq Muğam Mərkəzində kamança gecəsi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan Milli Konservatoriyasının dosenti, kamança ifaçısı Mehri Əsədullayevanın "Ak bayan" adlı solo konserti keçirilib.
Tədbirdən əvvəl qonaqlar BMM-in foyesində Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev və Mehri Əsədullayevanın müəllifi olduğu kitablardan ibarət sərgi ilə tanış olublar.
Daha sonra konsert Mehri Əsədullayevanın ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.
Mehri füsunkar ifası ilə tamaşaçıları Şərq dünyasına səyahətə dəvət edib. O, kamança alətində ifa ilə yanaşı, solo vokal nömrələr də təqdim edib.
Proqramda Azərbaycan musiqisi ilə bərabər, Şərq xalqlarının nəğmələri də səsləndirilib.
Gecədə yazıçı-şairə Mahcamal çıxış edərək Mehri Əsədullayevanın yaradıcılıq yolundan söz açıb. Bildirib ki, hazırda məzunu olduğu Azərbaycan Milli Konservatoriyasında kamança ixtisasından dərs deyən M.Əsədullayeva dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. Müxtəlif illərdə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində çalışan ifaçı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Niyazı adına Simfonik Orkestr, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə konsertlərlə yanaşı, bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun Xalq artisti Şəfiqə Eyvazovaya həsr etdiyi "Kamança konserti"nin də ilk ifaçıdır.
Konsertin sonunda M.Əsədullayeva qonaqlara təşəkkür edərək atası professor Arif Əsədullayevin bərpa etdiyi Azərbaycan zərbi muğamı "Kərəmi"ni ifa edib.
Sənət gecəsində ifaçını beynəlxalq müsabiqələr laureatı Cəlal Səmədov (piano), zərb alətlərində Cəbrayıl Cəbrayılov, Səbuhi İsmayılov və Kənan Sadıqov müşayiət ediblər.
Konsert proqramı tamaşaçıların könlünü oxşayıb, alqışlarla qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tar danışır, kamança cavab verir - Azərbaycan muğamı Avropanı fəth edir - FOTO
-
Bakı xalçaçılıq sənətinin qlobal paytaxtına çevrilib - Beynəlxalq forumun açılışı - FOTO
-
“Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı konsert proqramı keçirilib - FOTO
-
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti" mövzusunda seminar keçirilib - FOTO
-
“Nəğmə olmaq istəyirəm” adlı konsert təqdim olunub - FOTO
-
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
XƏBƏR LENTİ
-
"Taşacak bu deniz"lə bağlı dəyişiklik
-
İmtahanda fərqlənənlər - FOTO
-
Ağdamda ağır qəza - 2 ölü, 4 yaralı var
-
Fərqində olmadan enerjinizi tükədən vərdiş bəlli oldu
-
Zerrin Özər aylar sonra ilk dəfə - FOTO
-
Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” - VİDEO
-
Dünyada bir ilk: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər
-
“Sabah”ı Çempionlar Liqasında hansı rəqiblər gözləyir? - TAM SİYAHI
-
Röyanın geyimi müzakirə yaratdı - VİDEO
-
Ramin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildi - YENİLƏNİB
-
Nəm salfet məktəbdə problemə səbəb oldu - DİN hərəkətə keçdi
-
Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - FOTO
-
Səxavət Məmmədzadəyə vəzifə verildi
-
İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi
-
4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev
-
Hikmət Hacıyev: "Avropa Parlamentinin qərarı diplomatik rüsvayçılıqdır"
-
Kürdəmirdə sel suları evlərə doldu - ŞİKAYƏT
-
8 nəfər 300 bal TOPLADI
-
Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı oldu
-
Buraxılış imtahanının nəticələri elan EDİLDİ
-
Birinci-vitse prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı video paylaşıb - VİDEO
-
İslam Səfərli küçəsi indi belə görünür - FOTOlar
-
Türkiyədən diplomatik mesaj
-
Asqırarkən etdiyi səhv ona baha başa gəldi





