Buraxılış imtahanının nəticələri elan EDİLDİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.
İmtahan iştirakçıları arasında 8 nəfər (siyahı ilə buradan tanış olun) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 may saat 10:00-dan 6 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
MİQ imtahanlarında yeni qayda
-
Bakıda qeyri-adi hadisə: Zibillikdən “Chevrolet Cobalt” tapıldı
-
Naxçıvana uçuşlar ləğv edildi
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Məktəb direktorluğu üçün elektron sənəd qəbulu 29 iyundan başlayır
-
Bakı-Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı - (Foto)
XƏBƏR LENTİ
-
Nehrəmli Nəimi Amiral ABŞ-nin Pakistandakı hərbi attaşesi oldu
-
MİQ imtahanlarında yeni qayda
-
Bakıda qeyri-adi hadisə: Zibillikdən “Chevrolet Cobalt” tapıldı
-
Sinoptiklərdən xəbərdarlıq: İyunun 25-də intensiv yağış və dolu gözlənilir
-
Naxçıvana uçuşlar ləğv edildi
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb
-
Məktəb direktorluğu üçün elektron sənəd qəbulu 29 iyundan başlayır
-
Kredit borcu olan vətəndaşlara hansı güzəştlər ediləcək?
-
Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - (Video)
-
Bakı-Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı - (Foto)
-
"Nəvələrimə smartfon vermirəm" - Qırğızıstan prezidenti
-
Xankəndidə kuryer işləyən tələbəni maşın vurdu
-
Füzulidə evin həyətindən kişi meyiti tapıldı
-
Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)
-
Çimərlik istiqamətinə yeni avtobus marşrutları açıqlandı - Hansı xətt hara gedir?
-
Türkiyənin iki bölgəsində dron həyəcanı: Biri bağçaya, digəri tarlaya düşdü
-
AMB uçot dərəcəsi ilə bağlı qərarı açıqladı
-
Əkizlər,Tərəzi və Xərçəng bürclərini çətin sınaqlar gözləyir
-
Artıq Bakı-Tbilisi qatarlarında 3 ay sonrayadək bilet ala biləcəksiniz
-
Məişət texnikası mağazalarının "pulsuz quraşdırılma" vədi nə dərəcədə dürüstdür? - ARAŞDIRMA
-
Prezident İlham Əliyev: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik
-
Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
-
İnternetdə qumar təşkilinə görə cəzalar artırılır - 4 ilədək həbs ola bilər





