"Heç bir dünya ulduzu 2 saat toyda otura bilməz" - Nadir Qafarzadə - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Nadir Qafarzadə xarici ulduzlarla yerli ifaçıların müqayisəsinə münasibət bildirib.
Milli.Az xəbər verir ki, sənətçi bu barədə "İzzət şou" proqramında danışıb.
İfaçı xarici müğənnilərin çıxışlarında istifadə olunan bahalı səs avadanlıqlarına diqqət çəkərək, Azərbaycanda fəaliyyət göstərən sənətçilərin daha çətin şəraitdə çıxış etdiyini deyib:
"Deyirlər ki, filan dünya ulduzu stadionda necə ifa etdi. O aparatların qiymətindən xəbəriniz var? Bəlkə də 10-15 milyon dəyərindədir. Həmin avadanlıqla hər kəs yaxşı səslənə bilər", - deyə o bildirib.
Nadir Qafarzadə qeyd edib ki, bir çox xarici sənətçilər konsertdən əvvəl texniki şəraiti yoxlayır və uyğun olmayan avadanlıqla səhnəyə çıxmırlar. Onun sözlərinə görə, Azərbaycan müğənniləri isə daha çətin şəraitdə belə canlı ifa etməyi bacarırlar:
"Bu yaxınlarda rayonların birində idim. Vəziyyətə görə aparat elə idi, məcbur da etmək olmur, imkan odur. Məcbur oxudum. Sonda mənə dedi ki, "əjdahasan". Heç bir dünya ulduzu 2 saat toyda otura bilməz. Dəyər verin bizimkilərə. Bizim ən zəif ifaçımız onların ən yaxşı müğənnisindən güclüdür. Onun-bunun üçün ölməyin, bir az da bizim üçün. Arada bir "can" deyin".
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





