Cəmiyyət

AMB uçot dərəcəsi ilə bağlı qərarı açıqladı

24 İyun 2026 11:21
Baxış: 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 6,5% səviyyəsində dəyişməz saxlayıb.

Milli.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Qərara əsasən, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.

Qurumdan bildirilib ki, qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabit qalması, qlobal maliyyə bazarlarındakı tendensiyalar, geosiyasi risklər və ölkə daxilində mövcud makroiqtisadi vəziyyət nəzərə alınıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.