Avtomobil təkərləri niyə məhz qara rəngdədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobil təkərlərinin niyə tamamilə qara rəngdə olması uzun illərdir maraq doğuran mövzulardan biridir. İlk istehsal olunan təkərlər əslində açıq rəngli idi. Lakin sonradan istehsalçılar qara rəngin sadəcə estetik bir seçim deyil, həm də təkərlərin davamlılığını əhəmiyyətli dərəcədə artıran bir amil olduğunu kəşf etdilər.
Milli.Az xəbər verir ki, günümüzdə təkərlərin qara olmasının əsas səbəbi istehsal prosesində kauçuka əlavə edilən "karbon qara" (carbon black) adlı maddədir. Bu maddə təkərlərin günəş şüalarına, yüksək temperatura və aşınmaya qarşı daha dözümlü olmasını təmin edir. Həmçinin təkərin ömrünü uzadaraq yol tutuşuna da müsbət təsir göstərir.
İlkin dövrlərdə təbii kauçukdan hazırlanan açıq rəngli təkərlər istilik və günəş işığı səbəbindən çox tez sıradan çıxırdı. İstehsalçılar kauçuka karbon qara əlavə edərək bu problemi böyük ölçüdə həll etdilər. Bu maddə təkərin strukturunu gücləndirir, çatlama və aşınma riskini azaldır. Beləliklə, təkərlər daha uzun müddət istifadə oluna bilir və sürücülük təhlükəsizliyi artır.
Mütəxəssislərin fikrincə, qara rəng istiliyi daha balanslı paylayır və təkərlərin yüksək sürətlərdə məruz qaldığı çətin şərtlərə qarşı davamlılığını artırır. Məhz bu səbəbdən dünya üzrə avtomobil, yük maşını və motosiklet təkərlərinin böyük əksəriyyəti qara rəngdə istehsal olunur.
Hazırda fərqli rənglərdə konsept təkərlər hazırlansa da, davamlılıq və performans baxımından "karbon qara" istifadə olunan qara təkərlər sənayenin standartı olaraq qalmaqdadır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası





