Ölkə

“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)

24 İyun 2026 00:49
Baxış: 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsində yaşayan sakinlər uzun illərdir çoxmərtəbəli binanın 11-ci mərtəbəsində məskunlaşan ana və qızın birgə yaşayış qaydalarını pozduğunu iddia edirlər.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, onlar mütəmadi olaraq əşyalarını eyvandan çölə atır, yaşadıqları evdə ocaq qalayırlar.

"İki ildən çoxdur ki, bu proses başlayıb və demək olar, hər gün də davam edir. Xüsusən də gecə saatlarında. Elə olub ki, evdə tonqal da qalayıblar. FHN əməkdaşları vaxtında tədbir görməsəydi, binada partlayış baş verə bilərdi", - deyə əlavə edilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilib və iki nəfərin birgə yaşayış qaydalarını pozması faktı təsdiqini tapıb. Daha sonra onlar mənzildən çıxarılıblar.

Hazırda ana və qızının ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində işlər aparılır.

Daha ətraflı "ATV"nin süjetində:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.