Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Biz bu il də sınaq imtahanları təşkil etmişdik. Burada cəmi təxminən beş min nəfər iştirak edib, halbuki ümumilikdə 100 minə yaxın abituriyent var".
Milli.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend" Beynəlxalq İnformasiya Agentliyi və Baku TV kanalına birgə müsahibəsində bildirib.
DİM sədrinin sözlərinə görə, imtahanla bağlı yaranan stresi mərkəz yaratmır və imtahanın özü təkbaşına gərginlik mənbəyi deyil:
"Şagirdlərə daha çox valideynlərin, ailənin, cəmiyyətin və müəllimlərin gözləntiləri təsir göstərir. Qurumun apardığı anonim sorğunun nəticələrinə görə, iştirakçıların 60 faizdən çoxu stresin yaranmasına səbəb kimi valideynlərin yüksək gözləntilərini göstərib. Valideynlər çox zaman övladlarından real imkanlarından daha yüksək nəticələr gözləyirlər və bu da şagirdlər üzərində əlavə təzyiq yaradır".
M.Abbaszadə qeyd edib ki, imtahan zamanı şagirdə tapşırıq kitabçası verildikdə o, tamamilə müstəqil olur, heç kimdən asılı olmadan yalnız öz biliyinə əsaslanır:
"Bu mühit kiminsə qarşısında oturub suallara cavab verməkdən daha stressizdir. İmtahan stresini idarə etmək insanın vacib bacarıqlarından biridir və bu bacarıq məktəbdə, ailədə, valideynlərin düzgün yanaşması ilə formalaşmalıdır".
DİM sədri xatırladıb ki, uşağın ali məktəbə qəbul olunması kimi bir məcburiyyət yoxdur və qəbul olunmamaq onun dəyərinin azalması demək deyil. Valideynlərin sistemi daha yaxından görməsi və narahatlıqlarını bölüşməsi üçün təşkil edilən "açıq qapı" günlərinə marağın az olduğunu vurğulayan M.Abbaszadə, 150 nəfərlik zalın heç vaxt dolmadığını təəssüflə qeyd edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Makron bu fotolarına görə tənqid olundu
-
Azərbaycanlı bloqerlər özlərindən gözəl anaları ilə - (Fotolar)
-
İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirdi
-
Yük maşını elektrik dirəyinə çırpıldı - Ölən var - (Foto)
-
Şimali Koreya qoşunları qısa müddətə Koreya Respublikası sərhədini keçiblər
-
Nadir Qafarzadə nəvəsi ilə (Foto)
-
Pomidor souslu badımcan resepti
-
Xalq artistinin illər əvvəlki fotosu müzakirə yaratdı - (Foto)
-
Bu yay turistlər daha çox bu ölkələrə getdilər
-
Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət
-
Günay bikinidə fotolarını yaydı
-
Diananın qeyri-adi vərdişi
-
Məşhur bloqer cütlüklərin illər əvvəlki görüntüləri - Tanınmaz haldadırlar - (Fotolar)
-
Türkiyə Super Liqası: “Fənərbaxça” ilk turda məğlub olub
-
Qapısı olmadan bütün gün soyuq qalan market dolabları bunu necə bacarır?
-
“Ulduz müharibələri”nin aktyoru Nik Cozef vəfat etdi
-
"Qalatasaray" sabiq futbolçusuna üz tutdu
-
WP: Körfəz ölkələri ABŞ-ın İran siyasətindən narazıdır
-
“Neqativ məqamları düşünmək lazım deyil” - Valdas Dambrauskas
-
Şaftalının öz toxumasını itirmədən dondurmağın yolları
-
Günün qoroskopu: Özünüzə kiçik bir hədiyyə etmək üçün əla gündür
-
Keks qəlibində yarpaq dolması resepti
-
Qol vurandan sonra huşunu itirdi - (Video)
-
"Yeraltı"nda yeni sima - "Bozo"nun eks-sevgilisini canlandıracaq (Foto)





