İdman

UFC ulduzları Bakıda azarkeşlərlə görüşəcəklər

23 İyun 2026 11:48
Baxış: 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunacaq.

Bu barədə Milli.Az-a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.

Tədbir iyunun 24-də saat 17:00-da Dənizkənarı Milli Parkda, Yeddi Gözəl fəvvarəsinin yaxınlığında baş tutacaq.

Açıq məşqdə "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçıları - azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin "Shara Bullet" Maqomedov, eləcə də yerli döyüşçülər - Nazim Sadıxov və Fərman Həsənov iştirak edəcəklər.

Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirəcək, daha sonra azarkeşlərin suallarını cavablandıracaq. Tədbir ictimaiyyət üçün açıqdır və giriş sərbəstdir.

Xatırladaq ki, "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.