Azərbaycan Türkmənistandan nə alır və nə satır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun mətbuata açıqlamalarında iqtisadi əlaqələrin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən layihələrə xüsusi yer ayrıldı".
Milli.Az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
Deputat imzalanan anlaşmalar iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyini deyib.
"Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkələr arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirərək şaxələndirmək üçün böyük potensial var. Əsas prioritet qeyri neft-qaz sektoru üzrə dərinləşmiş əməkdaşlığa nail olmaqdır", - deyə Vüqar Bayramov bildirib.
Bəs, Türkmənistandan hansı məhsulları alırıq və qardaş dövlətə nə satırıq?
"Azərbaycan ilə Türkmənistan arasındakı ticarət dövriyyəsi həm enerji, həm də qeyri neft-qaz məhsullarını əhatə edir. 2026-cı ilin ilk 4 ayında Azərbaycan Türkmənistandan reaktiv mühərriklər üçün kerosin yanacağı (4 milyon 190 min dollar), mineral və ya kimyəvi azot gübrələri, suda məhlulu (1 milyon 980 min dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün maye yanacaq (1 milyon 496 min dollar), sürtkü yağları (944 min dollar), şokolad və ondan hazırlanan digər məmulatlar (638 min dollar), kimyəvi toxuculuq materiallarından olan kisə və paketlər (363 min dollar) və digər məhsulları idxal edib.
Azərbaycanın Türkmənistana ixracına gəldikdə isə ağ şəkər və kimyəvi cəhətdən təmiz saxaroza (6 milyon 47 min dollar), dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış, yaymadan sonra oyuqları və çıxıntıları olan məhsullar (4 milyon 885 min dollar), kimyəvi çevirmələr üçün sürtkü yağları (1 milyon 913 min dollar), kərə yağı (929 min dollar), ağır distilyatlar, qazoyllar, dizel yanacağı (514 min dollar) və digər məhsulları qardaş dövlətə satırıq.
Bütövlükdə, sözügedən dövrdə Azərbaycan ilə Türkmənistan arasında 199 məhsul növü üzrə idxal və ixrac əməliyyatları həyata keçirilib. Qarşılıqlı yüksəksəviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açacağı gözlənilir", - deyə iqtisadçı qeyd edib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - Açıqlama
-
Narkotikin təsirində maşın sürən şəxs məsuliyyətə cəlb olundu
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər (Video)
-
Azərbaycan Türkmənistandan nə alır və nə satır?
-
Bakıda həyət evi tikmək neçəyə başa gəlir? - ARAŞDIRMA
-
İnzibati Xətalar Məcəlləsinə kibertəhlükəsizliklə bağlı dəyişiklik edilir
XƏBƏR LENTİ
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO
-
İmişlidə mərkəzi küçədə obyektlər yanır
-
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - Açıqlama
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar (Foto)
-
İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
-
Bakıda və rayonlarda hava kəskin dəyişir: Şimşək çaxacaq, dolu düşəcək
-
Narkotikin təsirində maşın sürən şəxs məsuliyyətə cəlb olundu
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər (Video)
-
Bakıda sirkə turşusundan zəhərlənən kişi ölüb
-
Azərbaycan Türkmənistandan nə alır və nə satır?
-
Azərbaycandan keçən növbəti yük Ermənistana yola salındı
-
Ağcabədidə yeniyetmə əmioğlular itkin düşdü
-
Dənizdə batan dörd gəncin hamısı bir-birilə yaxın qohum imiş
-
Sabunçuda 71 yaşlı kişi ağacdan yıxılaraq öldü
-
UFC ulduzları Bakıda azarkeşlərlə görüşəcəklər
-
Motosiklet sürücüsü sürətli yolda uşağın həyatını təhlükəyə atdı - (Video)
-
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
Azərbaycan və Türkmənistan Prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər (Foto)
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Füzulinin dağıdılmış yerlərinə baxıblar (Foto/Video)
-
Kamaləddin Qafarov: “Azərbaycan-Türkmənistan əməkdaşlığı yeni iqtisadi və siyasi dividendlər gətirəcək”
-
İranda uçuşlar dayandırılacaq
-
Bakıda həyət evi tikmək neçəyə başa gəlir? - ARAŞDIRMA
-
İnzibati Xətalar Məcəlləsinə kibertəhlükəsizliklə bağlı dəyişiklik edilir
-
Lökbatanda taksi sərnişin avtobusu ilə toqquşdu - (Video)





