Hadisə

İmişlidə ticarət obyektindəki yanğın söndürüldü - Yenilənib

23 İyun 2026 14:16
Baxış: 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən ticarət obyektində baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Xidmətin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

_______________

İmişli rayonunda mərkəzi Nəcməddin Salamanov küçəsində yanğın başlayıb.

Milli.Az xəbər verir ki, yanğın mərkəzi küçədə yerləşən ticarət mərkəzlərini əhatə edir. 

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağrılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.