İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnvestisiya Portalı ilə bağlı sahibkarları və investorları maraqlandıran sualları KOBİA cavablandırdı.
Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi və investisiya imkanlarının artırılması önəmlidir. Bu istiqamətdə KOB-lara dəstək məqsədilə müxtəlif platformlar və dəstək alətləri mövcuddur. Bunlardan biri də 2022-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış İnvestisiya Portalıdır (invest.smb.gov.az).
Portal Azərbaycanda KOB-ların investisiya imkanlarını və maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yaradılıb. Portalın yaradılmasında məqsəd yerli biznes subyektləri ilə daxili və xarici investorlar arasında körpü yaradılmasıdır. İnvestisiya axtarışında olan və ya hazır bizneslərini satmaq istəyən biznes subyektləri öz layihələrini və biznes təkliflərini bu platforma vasitəsilə geniş investor auditoriyasına təqdim edə bilərlər.
Portalın üstünlükləri
Bu platforma vəsaitlərini perspektivli layihələrə investisiya edərək yüksək gəlir əldə etmək istəyən həm fərdi, həm də institusional investorlar üçün fürsət yaradır. Belə ki, investorlar platformaya daxil olaraq maraqlarına uyğun layihələri rahatlıqla seçə bilir və beləliklə layihənin axtarışına sərf etdikləri vaxta qənaət etmiş olurlar. İnvestorlar portalda yerləşdirilmiş layihələrə yatırım etməklə həm də KOB-ların layihələrini dəstəkləyir, onların inkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərə bilərlər. Portal investorlara layihə sahibləri ilə birbaşa əlaqə yaratmaq və əlavə məlumat əldə etmək, eləcə də əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı yaradır. Portal xarici investorlara Azərbaycanın müxtəlif iqtisadi sahələrində həyata keçirilən biznes təşəbbüsləri ilə tanış olmaqla perspektivli layihələrə sərmayə yatırmaq fürsəti yaradır.
İnvestisiya Portalının istifadəçi və layihə bazası genişlənir
Portal Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olan bütün fəaliyyət istiqamətləri üzrə layihələrin yerləşdirilməsi üçün açıqdır. İndiyədək portala 173 layihə yerləşdirilib. Bu layihələrdən 147-si investisiyaların cəlb edilməsi, 4-ü investisiya təklifi, 22-si isə hazır biznesin satışı ilə bağlıdır. Sözügedən layihələr kənd təsərrüfatı, sənaye, xidmət, istehsal və digər istiqamətləri əhatə edir.
Bu günədək 1300-dən çox sahibkar, investor və startap müvafiq layihələrlə tanış olmaq, layihəsini portalda yerləşdirmək üçün invest.smb.gov.az saytında qeydiyyatdan keçib. Son bir ildə portalı ziyarət edənlərin sayı 29000-ü ötüb.
Startaplar portaldan niyə istifadə etməlidirlər?
İnvestisiya Portalı startaplar üçün də yeni maliyyələşmə imkanları yaradır. İnnovativ biznes ideyalarına malik startaplar öz layihələrini platformada yerləşdirməklə onları geniş investor auditoriyasına təqdim edə, potensial investorların diqqətini cəlb edə və layihələrinin inkişafı üçün zəruri maliyyə dəstəyi əldə etmək imkanı qazana bilərlər. Bu baxımdan portal startapların bazara çıxışını asanlaşdıran, onların böyüməsinə və kommersiyalaşmasına dəstək verən əhəmiyyətli alətlərdən biri kimi çıxış edir.
Layihəmi portala necə yerləşdirim?
Layihələr portala sahibkarlar, investorlar və startapların özləri tərəfindən yerləşdirilir. Bunun üçün portalda qeydiyyatdan keçmək və müvafiq məlumatları daxil etmək lazımdır. Agentliyin bu prosesdə diqqət etdiyi əsas məqam tələb olunan müvafiq məlumatların tam və doğru yerləşdirilməsi, biznes planın mövcudluğu, layihənin dəyəri ilə tələb olunan investisiya məbləğinin uyğunluğu, layihənin gözlənilən gəlirliliyi və bu kimi investorların marağına səbəb olacaq digər məlumatların portalda düzgün əks olunmasıdır.
Portaldan istifadə etmək üçün ödəniş tələb olunmur. Layihələrin portala yerləşdirilməsi prosesi sadə və rahatdır. Portaldan istifadə ilə bağlı əlavə sualları yaranan sahibkarlar və startaplar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
İnvestisiya Portalında məlumatların təhlükəsizliyi və məxfiliyinin qorunmasına xüsusi diqqət yetirilir. Layihə sahibləri portalda paylaşacaqları məlumatların həcmini özləri müəyyənləşdirir, kommersiya sirri təşkil edən və ya həssas hesab etdikləri məlumatları açıqlamadan layihələri barədə ümumi məlumat təqdim edə bilərlər. İnvestorlarla əlaqələrin qurulması layihə sahibinin razılığı və təqdim etdiyi əlaqə məlumatları əsasında həyata keçirilir.
Portal investorlar və layihə sahibləri arasında əlaqələrin qurulması üçün platforma rolunu oynayır. Tərəflər arasında aparılan danışıqlar, əldə olunan razılaşmalar, əməkdaşlıq şərtləri və yatırılan investisiyanın həcmi isə onların öz aralarında müəyyənləşdirilir və üçüncü tərəf prosesə qarışmır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev və Türkmənistan Prezidenti Şuşada yaşayan uşaqlarla görüşüblər - (Video)
-
İmişlidə ticarət obyektindəki yanğın söndürüldü - Yenilənib
-
İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
-
Bakıda sirkə turşusundan zəhərlənən kişi ölüb
-
Ağcabədidə yeniyetmə əmioğlular itkin düşdü
-
Dənizdə batan dörd gəncin hamısı bir-birilə yaxın qohum imiş
XƏBƏR LENTİ
-
İlham Əliyev və Türkmənistan Prezidenti Şuşada yaşayan uşaqlarla görüşüblər - (Video)
-
İmişlidə ticarət obyektindəki yanğın söndürüldü - Yenilənib
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar (Foto)
-
Prezidenti İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar (Foto)
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - (Foto)
-
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - Açıqlama
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar (Foto)
-
İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
-
Bakıda və rayonlarda hava kəskin dəyişir: Şimşək çaxacaq, dolu düşəcək
-
Narkotikin təsirində maşın sürən şəxs məsuliyyətə cəlb olundu
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər (Video)
-
Bakıda sirkə turşusundan zəhərlənən kişi ölüb
-
Azərbaycan Türkmənistandan nə alır və nə satır?
-
Azərbaycandan keçən növbəti yük Ermənistana yola salındı
-
Ağcabədidə yeniyetmə əmioğlular itkin düşdü
-
Dənizdə batan dörd gəncin hamısı bir-birilə yaxın qohum imiş
-
Sabunçuda 71 yaşlı kişi ağacdan yıxılaraq öldü
-
UFC ulduzları Bakıda azarkeşlərlə görüşəcəklər
-
Motosiklet sürücüsü sürətli yolda uşağın həyatını təhlükəyə atdı - (Video)
-
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
Azərbaycan və Türkmənistan Prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər (Video/Foto)
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Füzulinin dağıdılmış yerlərinə baxıblar (Foto/Video)
-
Kamaləddin Qafarov: “Azərbaycan-Türkmənistan əməkdaşlığı yeni iqtisadi və siyasi dividendlər gətirəcək”
-
İranda uçuşlar dayandırılacaq





