Badımcanı bir də belə yoxlayın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Badımcanın yumşaq teksturasını tulum pendirinin özünəməxsus dadı ilə birləşdirən bu yemək doyumluluğu ilə süfrələrinizdə fərq yaradacaq. Sobada bişən badımcanların içərisinə yerləşdirilən ləzzətli tərəvəz qarışığı və üzərindəki əriyən pendir sayəsində bu resepti həm ana yemək, həm də qəlyanaltı kimi süfrəyə verə bilərsiniz.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
3 ədəd orta boy badımcan
150 qram tulum pendiri
1 ədəd qırmızı kapya bibər
2 ədəd yaşıl bibər
1 ədəd kiçik quru soğan
2 xörək qaşığı zeytun yağı
1 diş sarımsaq
1 çay qaşığı kəklikotu (kekik)
Yarım çay qaşığı qara istiot
Bir çimdik duz
Üzəri üçün: 1 xörək qaşığı zeytun yağı və bir az xırda doğranmış cəfəri.
Hazırlanması:
Badımcanları zolaqlı soyun və uzununa iki yerə bölün. İç hissələrinə bıçaqla yüngül cızıqlar atın.
Badımcanları yağlı kağız sərilmiş soba qabına düzün, üzərinə zeytun yağı sürtün. Əvvəlcədən qızdırılmış 200 dərəcə sobada təxminən 20 dəqiqə yumşalana qədər bişirin.
Bu müddətdə soğan, qırmızı və yaşıl bibərləri xırda kublar şəklində doğrayın.
Tavada zeytun yağını qızdırıb soğanları qovurun. Ardınca bibərləri və əzilmiş sarımsağı əlavə edin.
Tərəvəzlər yumşalanda kəklikotu, istiot və duzu (pendirin duzunu nəzərə alaraq) əlavə edib ocaqdan götürün.
Sobadan çıxan badımcanların orta hissəsini qaşıqla yüngülcə basaraq çuxur yaradın.
Hazırladığınız tərəvəzli qarışığı badımcanların üzərinə bərabər paylayın.
Tulum pendirini əlinizlə didib qarışığın üzərinə səpin.
Yenidən sobaya qoyun və pendirlər yüngül qızarana qədər 10-15 dəqiqə daha bişirin.
Sonda üzərinə xırda doğranmış cəfəri səpərək isti süfrəyə verin. Nuş olsun!
İstəsəniz, badımcanları bişirməzdən əvvəl duzlu suda 15-20 dəqiqə saxlayıb acılığını ala bilərsiniz.
Tulum pendiri adətən duzlu olur, buna görə də tərəvəz qarışığına duz əlavə edərkən ehtiyatlı olun.
Tulum pendiri tapmasanız, ağ pendir, lor pendiri və ya holland pendirindən də istifadə edə bilərsiniz.
Bu yeməyi qatıq və süzmə ilə servis edərək ləzzətini artıra bilərsiniz.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Sobada İzmir küftəsi resepti
XƏBƏR LENTİ
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)





