Cəmiyyət

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)

7 Noyabr 2026 14:06
Baxış: 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Gəncə Mall" ticarət mərkəzində yerləşən CineMastercard kinoteatrında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb. Lövhə şəhidin vaxtilə çalışdığı kinoteatrın divarında yerləşdirilib.

Anım mərasimində şəhidin anası Xatirə xanım, digər şəhid anaları, Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının nümayəndələri, 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev, eləcə də müxtəlif idarə və müəssisələrin təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində məktəbli qız Səxavət Həsənova həsr olunmuş şeir də səsləndirib.

Mərasimdə CineMastercard kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə, "Gəncə Mall" ticarət mərkəzinin direktoru Şərif Ələkbərli və şəhidin anası Xatirə xanım çıxış ediblər. Onlar Səxavət Həsənovun həyat yolundan, Vətən uğrunda göstərdiyi fədakarlıqdan və onun xatirəsinin gələcək nəsillər üçün yaşadılmasının əhəmiyyətindən danışıblar.

Mərasimin sonunda iştirakçılar 44 günlük Vətən müharibəsindən bəhs edən "44" bədii filmini izləyiblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.