Cəmiyyət

Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

7 Noyabr 2026 13:20
Baxış: 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Bakı Metropliteni" QSC-də 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində iş rejimi dəyişdiriləcək.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək; "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək; "İçərişəhər-Həzi Aslanov" və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə - 3 dəqiqə aralığında olacaq; ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

"Bənövşəyi" xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, "Yaşıl" xətdə isə mövcud qrafik saxlanılacaq.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.