Selcan Mahsudova Dünya çempionatında finala yüksəldi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu Dünya çempionatından sevindirici xəbərlər gəlməyə davam edir.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, noyabrın 7-də batut gimnastikası üzrə qadınların fərdi proqramında yarımfinal mərhələsində çıxış edən milli komandamızın üzvü Selcan Mahsudova uğurlu çıxışı ilə adını Dünya çempionatının finalçıları sırasına yazdırıb.
Gimnastımız yarımfinalda 56.140 xal toplayaraq 6-cı pillədən final mərhələsinə yüksəlib və dünyanın ən güclü batut gimnastları arasında medallar uğrunda mübarizə aparmaq hüququ qazanıb.
Selcan Mahsudovanın əldə etdiyi nəticənin diqqətçəkən məqamlarından biri də onun Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Bryony Page-i 6 pillə qabaqlayaraq finala vəsiqə qazanması olub.
Kişilərin fərdi proqramında ölkəmizi təmsil edən Maqsud Mahsudov isə yarımfinal mərhələsində 37.850 xal toplayaraq mübarizəni 20-ci pillədə başa vurub.
Xatırladaq ki, Selcan Mahsudova və Maqsud Mahsudov Dünya çempionatında qarışıq sinxron proqramda da uğurlu çıxış edərək final mərhələsinə yüksəliblər. Beləliklə, Selcan Mahsudova Nankində həm fərdi, həm də qarışıq sinxron proqramda final həyəcanı yaşayacaq.
Dünya çempionatında Azərbaycan gimnastlarının mübarizəsi davam edir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ronaldonun izləyici sayı 680 milyona çatdı
-
Tural Hüseynov yenidən səhnəyə qayıdır: “Azərbaycan musiqisini layiqincə təmsil etmək istəyirəm” - (Foto)
-
Selcan Mahsudova Dünya çempionatında finala yüksəldi
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
-
Azərbaycan nefti bahalaşıb
-
Qazaxda iki nəfər bir-birini bıçaqladı
-
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
“Brent” nefti bahalaşdı
-
Jesuş Ronaldunun Portuqaliya millisindən getməsinə görə təəssüflənmir
-
Santyaqo Penya ev dustağı edildi
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir





