Azərbaycanın Zəfər Günü Kolumbiya mətbuatında işıqlandırılıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kolumbiyanın aparıcı media platformalarından biri olan "Las2Orillas" internet nəşrində 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunmuş "Müharibədən sonra sülh qurulur:
Kolumbiya üçün Azərbaycandan bir baxış" sərlövhəli məqalə dərc olunub. Məqalədə Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də ölkəmizin müharibədən sonrakı dövrdə qarşılaşdığı əsas çağırışlar diqqətə çatdırılıb.
Yazıda 8 Noyabr - Zəfər Gününün yalnız hərbi qələbənin deyil, həm də tarixi ədalətin bərpasının, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasının və regionda dayanıqlı sülhün təmin olunması istiqamətində səylərin rəmzi olduğu vurğulanıb. Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, yüz minlərlə keçmiş məcburi köçkünün doğma torpaqlarına qayıdışını nəzərdə tutan "Böyük Qayıdış" proqramı, habelə infrastruktur, yaşayış, təhsil, səhiyyə və iqtisadi inkişaf sahələrində görülən işlər barədə məlumat verilib.
Bununla yanaşı, mina təhlükəsinin Azərbaycanın qarşısında duran ən ciddi humanitar problemlərdən biri olaraq qaldığı qeyd edilib. Bu xüsusda, mina və partlamamış hərbi sursatların həm əhalinin təhlükəsiz qayıdışına, həm də azad edilmiş ərazilərin bərpasına mane olduğu diqqətə çatdırılıb.
Yazıda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara da toxunulub. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə edilmiş razılaşmaların Cənubi Qafqazda dayanıqlı sülhün, regional əlaqələrin və iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Müəllif Azərbaycan və Kolumbiyanın münaqişə tarixinin və siyasi şəraitinin fərqli olduğunu qeyd etməklə yanaşı, hər iki ölkənin təcrübəsinin müharibədən sonrakı bərpa, zərərçəkmiş əhalinin müdafiəsi, mina təhlükəsi ilə mübarizə və münaqişədən təsirlənmiş ərazilərin inkişafı baxımından müəyyən ortaq məqamlar daşıdığını bildirib.
Məqalədə vurğulanıb ki, dayanıqlı sülh yalnız hərbi əməliyyatların başa çatması və ya siyasi razılaşmalarla məhdudlaşmamalı, insanların təhlükəsiz və ləyaqətli həyatının təmin olunması, ərazilərin bərpası və gələcək nəsillər üçün inkişaf imkanlarının yaradılması ilə müşayiət olunmalıdır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda gübrələr bahalaşır, bəs ərzaqlar?
-
Azərbaycanın Zəfər Günü Kolumbiya mətbuatında işıqlandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə veriləcəyi iddiasına AMEA-dan cavab
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - (Foto)
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - (Foto)
-
Bu gün yollarda görünüş çətinləşəcək
XƏBƏR LENTİ
-
Azərbaycanda gübrələr bahalaşır, bəs ərzaqlar?
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - (Foto)
-
Azərbaycanın Zəfər Günü Kolumbiya mətbuatında işıqlandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə veriləcəyi iddiasına AMEA-dan cavab
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - (Foto)
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - (Foto)
-
Bu gün yollarda görünüş çətinləşəcək
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib - (Foto)
-
Ronaldonun izləyici sayı 680 milyona çatdı
-
Tural Hüseynov yenidən səhnəyə qayıdır: “Azərbaycan musiqisini layiqincə təmsil etmək istəyirəm” - (Video/Foto)
-
Selcan Mahsudova Dünya çempionatında finala yüksəldi
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
-
Azərbaycan nefti bahalaşıb
-
Qazaxda iki nəfər bir-birini bıçaqladı
-
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
“Brent” nefti bahalaşdı
-
Jesuş Ronaldunun Portuqaliya millisindən getməsinə görə təəssüflənmir
-
Santyaqo Penya ev dustağı edildi
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları





