İdman

Messi dünya çempionatlarının bombardiri oldu

22 İyun 2026 22:10
Baxış: 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Argentina millisinin kapitanı Lionel Messi növbəti tarixi rekorda imza atıb.

Milli.Az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın J qrupunda Avstriya ilə matçda fərqlənərək dünya çempionatlarındakı qollarının sayını 17-yə çatdırıb.

Bununla da Messi Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib. Klozenin hesabında 16 qol var idi.

Qeyd edək ki, Messi mundiallarda ilk qolunu 2006-cı ildə Serbiya və Monteneqroya qarşı oyunda vurub. Argentinalı ulduz 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illər dünya çempionatlarında meydana çıxıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.