Cəmiyyət

Ağdamda qaz olmayacaq - Yenilənib

22 İyun 2026 22:21
Baxış: 1 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağdamın 30 kənd və 15 qəsəbəsində qazın verilişində fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, qaz xətlərində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar olaraq qeyd olunan yaşayış məntəqələrinə təbii qazın verilişi dayandırılacaq.

Qaz təchizatında yaranacaq məhdudiyyətin işlər başa çatdıqdan sonra aradan qaldırılması və abonentlərin yenidən təbii qazla təmin olunması nəzərdə tutulur.

Sakinlərdən qaz avadanlıqlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur.

Qazın verilişində fasilələr yaranacaq kəndlərin siyahısını təqdim edirik:

-------------
Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan etibarən işlər başa çatana qədər Goranboy rayonunun Hazırəhmədli kəndi və Samux rayonunun Qarayeri qəsəbəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Qeyd olunub ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.