"Bu ağrı ömrümün sonuna qədər mənimlə qalacaq" - Bəhram Bağırzadə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün mərhum Əməkdar artist Cabir İmanovun doğum günüdür.
Milli.Az xəbər verir ki, yaşasaydı aktyorun 50 yaşı olacaqdı.
Əməkdar artist, aktyor Bəhram Bağırzadə mərhum həmkarı Cabir İmanovla bağlı paylaşım edib:
"Əziz Cabir , bu gün sənin 50 yaşın tamam olacaqdı. Biz bu günü çoxdan gözləyirdik, bir araya gəlməyi, səni qucaqlamağı, gözəl sözlər deməyi, birlikdə gülməyi, xatirələrimizi yada salmağı və sənin gözəl yubileyini qeyd etməyi arzulayırdıq. Amma tale başqa cür yazdı... Sənin aramızdan ayrılmağının üzərindən demək olar ki, bir il keçir.
Deyirlər ki, zaman hər yaranı sağaldır. Amma bu aylar ərzində mən bir şeyi başa düşdüm: zaman əziz insanların xatirəsini silmir. O, sadəcə, insanı bu ağrı ilə yaşamağa öyrədir. Mən səni çox darıxmışam, Cabir .Sənin səsin, gülüşün, məsləhətlərin, müdrikliyin və yanında olduğum zaman hiss etdiyim o rahatlıq mənə çox çatmır.
Sən mənim üçün sadəcə dost deyildin. Sən mənim qardaşım idin. Sən elə bir insan idin ki, mən həyatımın ən çətin anlarında da sənə zəng edə bilərdim - istər sevincdə, istər kədərdə. Sən həmişə doğru söz tapar, dinləyər, anlayar, dəstək olar və çıxış yolu görünməyəndə belə onu göstərərdin.
Sənin istedadının sərhədi yox idi. Səhnədə insanlara sevinc və təbəssüm bəxş edirdin, peşəndə vicdanla və ləyaqətlə xidmət edirdin, həyatda isə saysız-hesabsız bacarıqlarınla hamını heyrətləndirirdin. Musiqilər yazırdın, şeirlər yaradırdın, paltar tikə bilirdin, hətta KVN-in "Bakı oğlanları" komandasının bütün üzvlərinin saçını kəsə bilirdin. Elə bil ki, sənin əl atdığın hər bir işdə qəlbinin izi qalırdı.
Bilirsən, Cabir , ən çətini odur ki, artıq sənə zəng edib səsini eşitmək, o doğma "alo"nu dinləmək, təbəssümünü görmək mümkün deyil. Amma eyni zamanda anlayıram ki, sən heç vaxt tam getmədin. Sən bizim xatirələrimizdə, söhbətlərimizdə, zarafatlarımızda və qəlbimizdə qoyduğun böyük sevgi və minnətdarlıq hissində yaşamağa davam edirsən.
Mənə çox ağırdır və bu ağrı yəqin ki, ömrümün sonuna qədər mənimlə qalacaq. Çünki sənin kimi insanları unutmaq mümkün deyil. Mən hər Allahın günü səninlə qəlbimdə danışır, səninlə məsləhətləşir və keçirdiyimiz gözəl günləri xatırlayıram.
Ad günün mübarək, mənim əziz Cabirim . Uca Allah sənə ən gözəl məkanlarda rahatlıq və əbədi nur nəsib etsin. Dostluğun, xeyirxahlığın və böyük ürəyin üçün sənə təşəkkür edirəm.
Sən var idin. Sən varsan. Və sən həmişə mənim həyatımda qalacaqsan" .
Qeyd edək ki, C.İmanov ötən il ürəktutmasından vəfat edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)





