Akademik Musiqili Teatrda tanınmış rejissor Əsgər Əsgərovun 65 illiyi qeyd olunub - (Foto/Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən "Gülçöhrə və Əsgər" tamaşası növbəti dəfə oynanılıb.
Budəfəki nümayiş səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun 65 illik yubileyinə həsr olunub.
Alqışlarla qarşılanan tamaşanın sonunda rejissorun teatr sahəsində uzunillik səmərəli fəaliyyəti barədə ətraflı məlumat verilib. Rejissorun quruluşunda ərsəyə gələn səhnə əsərlərinin nəinki Azərbaycan teatrlarında, eləcə də onun hüdudlarından uzaqlarda da maraqla qarşılandığı bildirilib. Akademik Musiqili Teatrın rəhbərliyi və kollektivi adından yubilyara təbriklər çatdırılıb.
Gəncə Dövlət Milli Dram Teatrının quruluşçu rejissoru Elşad Əhmədli də yubilyarı təbrik edib. O, Əsgər Əsgərovu özünə ustad hesab etdiyini vurğulayaraq sənətkara yeni yaradıcılıq uğurları arzulayıb.
Qeyd edək ki, səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Çimnaz Bağırovadır.
Musiqili dramda Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Nicat Əli, Faiq Mirzəyev, Elnarə Nağdəliyeva, Elçin İmanov, İbrahim Əlizadə, Elxan İsmayılov, Nərmin Əliyeva, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Atilla Məmmədov, Nihat Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.
Xatırladaq ki, "Gülçöhrə və Əsgər" tamaşasının premyerası 2025-ci ilin 18 noyabrında olub.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Akademik Musiqili Teatrda tanınmış rejissor Əsgər Əsgərovun 65 illiyi qeyd olunub - (Foto/Video)
-
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası keçirildi - FOTO
-
“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı Bakıda uğurla başa çatdı - FOTO
-
Bülbül Vokal Məktəbinin növbəti uğuru: Atilla Məmmədovun solo konserti böyük maraqla qarşılandı - (Video/Foto)
-
Bakı əfsanəvi Qardelin sənətini qarşılayır - El Calor en Baku festivalının final akkordu yaxınlaşır
-
Azərbaycanlı sənətçilər İstanbulda "Traviata"nın uğurundan sonra təəssüratlarını bölüşüblər - (Video/Foto)
XƏBƏR LENTİ
-
Ağdamda qaz olmayacaq - Yenilənib
-
Messi dünya çempionatlarının bombardiri oldu
-
Qara dənizdə Türkiyəyə gəminə hücum, yaralılar var
-
Sinop mantısı resepti
-
Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika yarışlarına start verilib (Foto)
-
Emrah kirayədən aylıq 10 milyon qazanır
-
Akademik Musiqili Teatrda tanınmış rejissor Əsgər Əsgərovun 65 illiyi qeyd olunub - (Foto/Video)
-
Sabah Cəlilabadın bəzi kəndlərində işıq kəsiləcək
-
Ukrayna Voronejə hücum edib, 5 nəfər ölüb
-
6 min insanın axtardığı balaca qəhrəman: Xizirin cansız bədəni tapıldı
-
İşdən çıxarılan rəisi Elçin Rüstəmov əvəz edəcək
-
Argentina - Avstriya matçının heyətləri açıqlandı
-
Emin Əmrullayev: Dərsliklərdən tutmuş ev tapşırıqlarına qədər – İslahatların hədəfi nədir?
-
Gizem Güven “Taşacak bu deniz”də - (Foto)
-
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
-
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
-
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - (Foto/Video)
-
Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev
-
Göygöldə maşın aşıb, xəsarət alanlar var
-
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
-
QHT-lərin dövlət maliyyələşdirilməsi “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək
-
Serialdan qovulan Erdem Kaynarcanın yerinə yeni aktyor - FOTO
-
Dənizdə batan şəxslərdən geriyə qalanlar - (Foto)





