Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
İyunun 22-də Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə çağırılıb.
Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ölkəmizə qarşı qəbul etdiyi 18 iyun tarixli qərarına dair kəskin etiraz bildirilib, bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğu vurğulanıb.
"Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə 16 iyun 2016-cı il tarixli qərarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən faktiki işğal olunması, işğalçı rejimin Ermənistanın birbaşa hərbi və maliyyə dəstəyi ilə mövcudluğu təsbit edildiyi halda, hazırkı qərarda həmin ərazilərin müstəqil subyekt kimi "DQR" adlandırılmasının beynəlxalq hüquqa və məhkəmə prosedurlarına zidd olduğu bildirilib.
Bundan əlavə, məhkəmənin məlum qərarında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyanın istifadəsinə etiraz bildirilib. "Azərbaycanla 'DQR' arasında təmas xətti", eləcə də qondarma rejimin ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi ifadələrin qərarda yer almasının keçmiş qanunsuz separatçı rejimi legitimləşdirmək cəhdi olduğu bildirilib.
Görüş zamanı Azərbaycan Respublikasının məhkəmənin bu qərarını qəti şəkildə rədd etdiyi, Azərbaycan tərəfinin öz qanuni maraqlarını qorumaq üçün bütün mümkün vasitələri nəzərdən keçirəcəyi və müvafiq addımlar atacağı diqqətə çatdırılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İranla danışıqları dayandırmaq əmri verildi
-
Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - (Video)
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
XƏBƏR LENTİ
-
Həftəsonunun havası açıqlandı
-
İranla danışıqları dayandırmaq əmri verildi
-
Naxçıvana uzanan diqqət və qayğının 17-ci ünvanı: Elmə, təhsilə və gələcəyə verilən dəyər
-
Canlı yayımda faciə: Bloqerə bıçaqlı hücum oldu - (Video)
-
Xanım şəhid qardaşına verdiyi sözdən danışdı: “Davam edə bilməzdim” - (Foto-Video)
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
-
Mourinyo baş tutmayan Rodri transferi barədə: "Onlar "Real"da oynaya bilməz"
-
Sefonun fanatı ilə çətin anları - Gənc qızın hərəkəti qınandı - (Video)
-
Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı - (Foto)
-
Məşhur İngiltərə klubunun stadionunda meyit tapıldı
-
"Fənərbağça"nın futbolçusu "Barselona"ya transfer olunacaq
-
Rusiya milyarderləri Putin üçün kisənin ağzını açdı: 384 milyard
-
Qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın Fotoları
-
Rəqsanənin qızı Yağmur: "Ən ağır həqiqətdir ki, həyatda özündən başqa heç kimin yoxdur" - (Foto)
-
Uşaqlar yolu idman zalına çevirdi, valideynləri polisə çağırıldı - (Video)
-
Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı
-
Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
-
Bakıda kişi öldürüldü, arvadı saxlanıldı
-
Haluk Leventdən milyardlıq köçürmə iddialarına sərt reaksiya - (Foto)
-
Sabah 38 dərəcə isti olacaq
-
Qurban Qurbanovdan yeni transfer elanı
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər





