Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala son günlərdə ikinci dəfə huşunu itirməsi ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, 23 yaşlı futbolçu "Haydenhaym"la keçirilən yoldaşlıq oyununda (2:4) qarşılaşmanın ikinci hissəsində meydana daxil olub. Lakin bir neçə dəqiqə sonra özünü pis hiss edən Musiala yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra ayağa qalxan futbolçu meydanı tərk edib.
Qeyd edək ki, Musiala avqustun 15-də "Leypziq"lə keçirilən yoldaşlıq matçında (3:1) da huşunu itirmişdi. Həmin vaxt onun səhhətində yaranan narahatlığın yüksək temperaturla əlaqəli olduğu bildirilmişdi.
Son hadisədən sonra Camal Musiala sosial şəbəkə hesabında səhhəti ilə bağlı açıqlama yayıb. Futbolçu vəziyyətinin yaxşı olduğunu və ona müvafiq tibbi yardım göstərildiyini bildirib:
"Ən vacibindən başlayım - mən yaxşıyam! Məndə müalicəsi asan olan və nevroloji disfunksiyadan qaynaqlanan qısamüddətli, müvəqqəti huşsuzluq epizodları diaqnozu qoyulub. Bilirəm ki, ilk baxışdan bu, qorxulu görünə bilər, lakin mənim üçün hazırda bu, sadəcə gündəlik həyatın bir hissəsidir.
Mən bu istiqamətdə mümkün olan ən yaxşı tibbi yardımı alıram və çox nikbinəm. Əsas odur ki, bundan başqa hər hansı əlavə sağlamlıq riski yoxdur. Ümumilikdə özümü çox yaxşı hiss edirəm və doğru yoldayam".
Musiala həmçinin ona göstərilən dəstəyin vacibliyini vurğulayıb. O, komandası və azarkeşləri ilə birlikdə qələbələr və titullar uğrunda mübarizəni davam etdirmək istədiyini qeyd edib.
"Mənə ən çox kömək edən şey komandamla birlikdə və sizin inanılmaz dəstəyinizlə qələbələrə, titullara doğru irəliləməyə davam etməkdir", - deyə futbolçu bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub - (Foto)
XƏBƏR LENTİ
-
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)





