Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
Azərbaycan əleyhinə açıqlamaları ilə tanınan Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib.
Milli.Az xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında məlumat paylaşıb.
"Rusiya nəqliyyat nazirinin müşaviri səlahiyyətlərimə xitam vermək qərarına gəldim", - deyə sabiq məmur qeyd edib.
Xatırladaq ki, avqustun 17-də Baş Prokurorluq terrorizmə çağırışlara görə Rusiyanın üç vətəndaşını beynəlxalq axtarışa verib. Onlar "Moskva 24" televiziya kanalının aparıcısı İvan Knyazev, politoloq Semyon Uralov və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevdir.
Baş Prokurorluğun bəyanatına əsasən, adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar, ərazi bütövlüyünün pozulması, milli ədavət və düşmənçiliyin qızışdırılması, eləcə də terrorizmə açıq çağırış faktları üzrə qaldırılmış cinayət işi çərçivəsində ibtidai istintaq aparılır.
Qeyd edək ki, avqustun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimovu çağıraraq, Rusiya mediasında Azərbaycan və onun rəhbərliyinə qarşı səslənən son təxribatçı bəyanatlarla bağlı qarşı tərəfə qətiyyətli etirazını bildirib./"Qafqazinfo"
DİGƏR XƏBƏRLƏR
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
-
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - (Foto-Video)
-
Rusiya səfiri XİN-ə çağırıldı
XƏBƏR LENTİ
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Trampdan Kim Çenlə bağlı maraqlı paylaşım – (Foto)
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)
-
Qəzada yaralanan Tunar xəstəxanada öldü
-
Sabah çimərliklərə getmək istəyənlərin diqqətinə





