İngiltərə Premyer Liqasında yeni qaydalar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərə Premyer Liqasında (İPL) yeni mövsümdən etibarən oyun tempinin artırılması və vaxt itkisinin qarşısının alınması məqsədilə bir sıra yeni qaydalar tətbiq olunacaq.
Milli.Az xəbər verir ki, yeni qaydalar, əsasən, futbolçuların vaxt uzatmasının qarşısının alınmasına, hakimlərlə ünsiyyətə və VAR müdaxilələrinin genişləndirilməsinə yönəlib.
Yeni mövsümdə tətbiq olunacaq əsas dəyişikliklər belədir:
- Futbolçu aut atışını gecikdirərsə, 5 saniyəlik gerisayım başlayacaq. Müəyyən edilmiş müddətdə top oyuna daxil edilməzsə, aut atışı rəqib komandaya veriləcək;
- Futbolçular aut atışı zamanı topu silmək üçün dəsmaldan istifadə edə bilməyəcəklər;
- Qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komandanın lehinə künc zərbəsi təyin olunacaq. Qapıdan zərbənin gecikdirilməsinə də eyni prinsip tətbiq ediləcək;
- Əvəzlənən futbolçu 10 saniyə ərzində meydanı tərk etməzsə, bir dəqiqə kənarda qalmalı olacaq;
- Zədə aldığı görüntüsü yaradaraq vaxt uzatmağa çalışan futbolçu da bir dəqiqə meydandan kənarda gözləməli olacaq;
- Qapıçının zədələnməsi zamanı texniki direktor meydandakı sahə oyunçularından birini kənara çıxaracaq. Kimin meydanı tərk edəcəyini isə komandanın kapitanı müəyyənləşdirəcək;
- Futbolçuların hakimə etiraz etməsinin qarşısını almaq üçün yalnız kapitanın referi ilə danışmasına icazə veriləcək. Kapitan qapıçıdırsa, onun yerinə sahə oyunçularından biri seçiləcək;
- Dünya çempionatından fərqli olaraq, Premyer Liqada ağız bağlama qaydasını pozan futbolçulara bu səbəbdən ayrıca cəza tətbiq edilməyəcək;
- Səhv verilən ikinci sarı vərəqələr, həmçinin duran toplardan əvvəl baş verən qayda pozuntuları VAR tərəfindən nəzərdən keçirilə biləcək;
- Futbolçu penalti zamanı ayağının sürüşməsi nəticəsində topa iki dəfə toxunaraq qol vurarsa, zərbə təkrarlanacaq;
- Qapıçının ötürmələrində ofsayd xətti topa son toxunuş anı əsas götürülərək müəyyənləşdiriləcək;
- Premyer Liqada yarı avtomatik ofsayd texnologiyasından istifadə də davam etdiriləcək.
Yeni qaydaların əsas məqsədi vaxt itkisinin minimuma endirilməsi, oyun tempinin yüksəldilməsi və hakim qərarlarının daha effektiv şəkildə dəstəklənməsidir./Oxu.Az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
”Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”
-
Azərbaycan kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib
-
Hava limanında 93 qutu dərman müsadirə edildi
-
“İbrahim Tatlışiş” restoranında kabab at ətindən bişirilirmiş
-
Lavrov bu ölkəni hədələdi
-
"Ukrayna İrandan üzr istədi"
-
"Qarabağ"da daha bir itki
-
"Doktorlar"ın Elası 17 il sonra ekranlara qayıdır - Bölüm başına 2 milyon alacaq
-
Fərhad Ələkbərov müdiri təyin olundu
-
Ronaldo Corcina ilə tanışlığından danışdı
-
Bu universitet müəllimlik oxuyan oğlan tələbələrə pul verəcək
-
Güclü külək əsəcək
-
Kiberpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib - (Video)
-
Kişilərin içkilərinə dərmanlar qatıb öldürürdü - Cənubi Koreya bu qadından danışır - (Foto)
-
ÇL: “Sabah”ın oyununa hansı kanalda yayımlanacaq?
-
Azər Aydəmir: "8 yaşında atamı, 15 yaşında isə anamı itirdim" - (Video)
-
Acun Ilıcalı ilə məşhur aparıcı arasında qalmaqal
-
Poqba klubsuz qaldı
-
Sosial media asılılığa çevriləndə nə etməli? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
-
Kasko sığorta ilə bağlı yeni qaydalar? - (Video)
-
Ukraynanın yeni müdafiə naziri təyin edildi
-
Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama
-
Elçin Quliyev ona polkovnik rütbəsi verdi - (Foto)
-
İnternetdəki mənfi şərhlər depressiyaya qədər apara bilər – Səhiyyə Nazirliyinin mütəxəssisindən xəbərdarlıq





