Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yeniyetməlik dövründə beyin inkişafını davam etdirir. Xüsusilə emosiyaların idarə olunması, düzgün qərarların verilməsi və özünə nəzarətlə bağlı mexanizmlər hələ tam formalaşmayıb".
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova açıqlayıb.
Onun sözlərinə görə, yeniyetmələr başqalarının fikrinə, bəyənilməyə, "layk"lara və həmyaşıdları tərəfindən qəbul olunmağa böyüklərlə müqayisədə daha həssas yanaşa bilərlər:
"Amma mən "sosial media uşağın beynini korlayır" fikri ilə razı deyiləm. Burada məsələyə daha düzgün və kompleks yanaşmaq lazımdır. Sosial medianın təsiri yalnız istifadə müddətindən asılı deyil. Uşaq nə izləyir, kimlərlə ünsiyyət qurur, sosial mediadan hansı məqsədlə istifadə edir, bunun onun yuxusuna, dərslərinə, fiziki aktivliyinə və real münasibətlərinə necə təsir göstərməsi - bütün bunlar əhəmiyyətlidir".
L.Bəşirova qeyd edib ki, sosial mediadan istifadə üçün ideal yaş məsələsində bütün uşaqlar üçün eyni rəqəmi müəyyənləşdirmək düzgün olmaz:
"Fikrimcə, uşağın yaşı ilə yanaşı, onun psixoloji və emosional hazırlığı da nəzərə alınmalıdır. Uşaq sosial mediada qarşılaşdığı mənfi şərhləri, təzyiqi və manipulyasiyanı dərk edə bilirmi? Özünü idarə edə bilirmi? Qarşılaşdığı problemlə bağlı valideynindən kömək istəyə bilirmi? Bunlar daha önəmli suallardır.
Yəni məsələ yalnız "uşağa sosial media verək, ya verməyək?" sualından ibarət deyil. Əsas məsələ uşağı rəqəmsal mühitə hazırlamaq, ona sosial mediadan təhlükəsiz və düzgün istifadə etməyi öyrətməkdir".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Sosial media asılılığa çevriləndə nə etməli? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
-
Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama
-
İnternetdəki mənfi şərhlər depressiyaya qədər apara bilər – Səhiyyə Nazirliyinin mütəxəssisindən xəbərdarlıq
-
Naxçıvana uzanan diqqət və qayğının 17-ci ünvanı: Elmə, təhsilə və gələcəyə verilən dəyər
-
Uşaqlar yolu idman zalına çevirdi, valideynləri polisə çağırıldı - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
XƏBƏR LENTİ
-
Kişilərin içkilərinə dərmanlar qatıb öldürürdü - Cənubi Koreya bu qadından danışır - (Foto)
-
ÇL: “Sabah”ın oyununa hansı kanalda yayımlanacaq?
-
Azər Aydəmir: "8 yaşında atamı, 15 yaşında isə anamı itirdim" - (Video)
-
Acun Ilıcalı ilə məşhur aparıcı arasında qalmaqal
-
Poqba klubsuz qaldı
-
Sosial media asılılığa çevriləndə nə etməli? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
-
Kasko sığorta ilə bağlı yeni qaydalar? - (Video)
-
Ukraynanın yeni müdafiə naziri təyin edildi
-
Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama
-
Elçin Quliyev ona polkovnik rütbəsi verdi - (Foto)
-
İnternetdəki mənfi şərhlər depressiyaya qədər apara bilər – Səhiyyə Nazirliyinin mütəxəssisindən xəbərdarlıq
-
Həftəsonunun havası açıqlandı
-
İranla danışıqları dayandırmaq əmri verildi
-
Naxçıvana uzanan diqqət və qayğının 17-ci ünvanı: Elmə, təhsilə və gələcəyə verilən dəyər
-
Canlı yayımda faciə: Bloqerə bıçaqlı hücum oldu - (Video)
-
Xanım şəhid qardaşına verdiyi sözdən danışdı: “Davam edə bilməzdim” - (Foto-Video)
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
-
Mourinyo baş tutmayan Rodri transferi barədə: "Onlar "Real"da oynaya bilməz"
-
Sefonun fanatı ilə çətin anları - Gənc qızın hərəkəti qınandı - (Video)
-
Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı - (Foto)
-
Məşhur İngiltərə klubunun stadionunda meyit tapıldı
-
"Fənərbağça"nın futbolçusu "Barselona"ya transfer olunacaq
-
Rusiya milyarderləri Putin üçün kisənin ağzını açdı: 384 milyard
-
Qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın Fotoları





