Azərbaycanda “su pulu” ilə bağlı vacib xəbər – Qiymət...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniyada quraqlıq və suya tələbatın artması fonunda istehlakçıların daha çox ödəniş etməsi gündəmə gəlib. Təklif edilən yeni sistemə əsasən, su qıtlığı zamanı tariflərin artırılması, normadan artıq istifadə edən ev təsərrüfatlarının isə daha yüksək ödəniş etməsi nəzərdə tutulur.
Bu məsələ Azərbaycanda da su ehtiyatlarının gələcəyi ilə bağlı suallar doğurur. Ölkəmizdə gələcəkdə quraqlıq və su qıtlığı səbəbindən tariflərin artırılması və ya istehlaka limit qoyulması gündəmə gələ bilərmi? Azərbaycanı Britaniyadakı ssenari gözləyir?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanda gələcəkdə quraqlıq və su qıtlığı səbəbindən su tariflərinin artırılması və istehlaka müəyyən məhdudiyyətlərin tətbiqi tamamilə mümkündür:
"Çünki iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların qeyri-bərabər paylanması və bəzi su mənbələrində ehtiyatların azalması su təminatını getdikcə daha həssas məsələyə çevirir. Xüsusilə kənd təsərrüfatında suya tələbatın yüksək olması vəziyyəti daha da mürəkkəbləşdirir.
Lakin Azərbaycanın Böyük Britaniyadakı ssenarini eyni formada təkrarlayacağını demək düzgün olmaz. Ölkələrin su ehtiyatları, iqlimi, su təsərrüfatı sistemi və tarif siyasəti fərqlidir. Azərbaycanda əsas məsələ yalnız əhali tərəfindən istifadə olunan suyun qiymətinin artırılması deyil, su itkilərinin azaldılması, köhnəlmiş şəbəkələrin yenilənməsi, su anbarlarının səmərəli idarə olunması və kənd təsərrüfatında daha qənaətcil suvarma sistemlərinə keçiddir.
Bununla belə, su qıtlığı kəskinləşərsə, gələcəkdə diferensial tariflərin tətbiqi gündəmə gələ bilər. Məsələn, müəyyən həddə qədər istifadə olunan su daha münasib qiymətlərlə, normadan artıq istehlak isə daha yüksək tariflərlə hesablanaraq insanları suya qənaət etməyə təşviq edə bilər. Quraqlıq dövrlərində isə müəyyən istehlak məhdudiyyətlərinin tətbiqi də istisna deyil".
İqtisadçı qeyd edib ki, belə bir siyasət tətbiq edilərsə, sosial tərəfi mütləq nəzərə alınmalıdır:
"Su əsas ehtiyac olduğuna görə onun qiymətinin kəskin artırılması aztəminatlı ailələrə ciddi yük yarada bilər. Buna görə daha real yanaşma bütün istehlakçılara eyni şəkildə yüksək tarif tətbiq etməkdən çox, israfçı və normadan artıq istifadənin daha baha başa gəlməsi, əsas istehlak həcminin isə əhali üçün əlçatan saxlanılmasıdır.
Əslində, Azərbaycan üçün Britaniya ssenarisindən daha vacib dərs su qıtlığı baş verdikdən sonra tarif artırmaq deyil, qıtlıq yaranmamışdan əvvəl suya qənaət mexanizmlərini qurmaqdır. Əgər su ehtiyatlarının azalması davam edərsə, suyun gələcəkdə sadəcə kommunal xidmət deyil, strateji resurs kimi idarə olunması qaçılmaz olacaq".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişir
-
Kamil Zeynallı: "Yaxşı ki, 1 il həbs olundum, çox şey dəyişdi"
-
“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir? - Dosye - (Foto)
-
Sabah 36 dərəcə isti olacaq
-
Azərbaycanda “su pulu” ilə bağlı vacib xəbər – Qiymət...
-
Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilməsi qaydası müəyyənləşdiriləcək
XƏBƏR LENTİ
-
"Sumqayıt"ın futbolçusu meydandan qovuldu, şüşəni sındırıb xəstəxanalıq oldu - (Foto)
-
Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişir
-
Kamil Zeynallı: "Yaxşı ki, 1 il həbs olundum, çox şey dəyişdi"
-
“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir? - Dosye - (Foto)
-
Sabah 36 dərəcə isti olacaq
-
Tramp Şennon Brimə qəzəbləndi: “Verilişi yarıtmaz vəziyyətdədir”
-
“Maarifçi”lər arasında intellektual oyun keçirilib (Foto)
-
İranın dəhşətli müharibə hazırlığı üzə çıxdı
-
Bu gün "Qarabağ"ın matçı var
-
Azərbaycanda “su pulu” ilə bağlı vacib xəbər – Qiymət...
-
Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilməsi qaydası müəyyənləşdiriləcək
-
Bakıda futbol oynayan gənc oğlan öldü
-
İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib
-
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
-
Prezident Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verdi
-
Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - Səbəb
-
"Hamı, bacım da deyir ki, Maykl Ceksona bənzəyirsən"
-
Hovuzda uşaqların təhlükəsizliyi üçün valideynlər nələrə diqqət etməlidir?
-
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib - (Foto)
-
İlham Əliyev Viktor Yuşenko ilə görüşüb - (Foto)
-
Yeni mövsümdən Elşən Orucov və İlkin Həsəninin verlişi bağlanır
-
"Şərurlu İsfəndiyar": "Uşaqlara Lamborghini və Ferrari almışdım, Ferrari tez xarab olur"
-
İlham Əliyev: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
-
Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib





