Sosial media asılılığa çevriləndə nə etməli? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sosial media istifadəsini azaltmaq üçün ən effektiv üsul ondan tamamilə imtina etmək deyil. Çünki bu gün sosial media artıq həyatımızın bir hissəsidir. Əsas məsələ ondan düzgün və sağlam şəkildə istifadə etməyi öyrənməkdir".
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova açıqlayıb.
Onun sözlərinə görə, ilk növbədə insan özünə sual verməlidir: "Mən telefona həqiqətən ehtiyac olduğu üçün baxıram, yoxsa sadəcə vərdişdən?"
"Məsələn, lazımsız bildirişləri söndürmək, yemək zamanı və ailə ilə söhbət edərkən telefonu kənara qoymaq, yatmazdan əvvəl sosial şəbəkələrdən istifadə etməmək sadə, amma effektiv addımlardır. Lakin bir məqam xüsusilə vacibdir: telefonu əlimizdən almaq kifayət deyil. Onun yerini nə ilə dolduracağımızı da bilməliyik.
Canlı ünsiyyət, idman, hobbi, kitab oxumaq, açıq havada vaxt keçirmək insanın diqqətini və emosional enerjisini yenidən real həyata yönəltməyə kömək edir".
Baş həkim bildirib ki, insan sosial media istifadəsini azaltmaq istədiyi halda bunu dəfələrlə bacarmırsa, gecələr yatmırsa, sosial media onun işinə, təhsilinə və münasibətlərinə mənfi təsir göstərirsə, bu vəziyyəti sadəcə "telefonu çox sevir" kimi qiymətləndirmək düzgün deyil:
"Belə halda mütəxəssis dəstəyinə ehtiyac yarana bilər. Burada məqsəd texnologiyadan qaçmaq deyil, texnologiyanın həyatımızı idarə etməsinə imkan verməməkdir".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Sosial media asılılığa çevriləndə nə etməli? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
-
Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama
-
İnternetdəki mənfi şərhlər depressiyaya qədər apara bilər – Səhiyyə Nazirliyinin mütəxəssisindən xəbərdarlıq
-
Naxçıvana uzanan diqqət və qayğının 17-ci ünvanı: Elmə, təhsilə və gələcəyə verilən dəyər
-
Uşaqlar yolu idman zalına çevirdi, valideynləri polisə çağırıldı - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
XƏBƏR LENTİ
-
Kişilərin içkilərinə dərmanlar qatıb öldürürdü - Cənubi Koreya bu qadından danışır - (Foto)
-
ÇL: “Sabah”ın oyununa hansı kanalda yayımlanacaq?
-
Azər Aydəmir: "8 yaşında atamı, 15 yaşında isə anamı itirdim" - (Video)
-
Acun Ilıcalı ilə məşhur aparıcı arasında qalmaqal
-
Poqba klubsuz qaldı
-
Sosial media asılılığa çevriləndə nə etməli? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
-
Kasko sığorta ilə bağlı yeni qaydalar? - (Video)
-
Ukraynanın yeni müdafiə naziri təyin edildi
-
Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama
-
Elçin Quliyev ona polkovnik rütbəsi verdi - (Foto)
-
İnternetdəki mənfi şərhlər depressiyaya qədər apara bilər – Səhiyyə Nazirliyinin mütəxəssisindən xəbərdarlıq
-
Həftəsonunun havası açıqlandı
-
İranla danışıqları dayandırmaq əmri verildi
-
Naxçıvana uzanan diqqət və qayğının 17-ci ünvanı: Elmə, təhsilə və gələcəyə verilən dəyər
-
Canlı yayımda faciə: Bloqerə bıçaqlı hücum oldu - (Video)
-
Xanım şəhid qardaşına verdiyi sözdən danışdı: “Davam edə bilməzdim” - (Foto-Video)
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
-
Mourinyo baş tutmayan Rodri transferi barədə: "Onlar "Real"da oynaya bilməz"
-
Sefonun fanatı ilə çətin anları - Gənc qızın hərəkəti qınandı - (Video)
-
Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı - (Foto)
-
Məşhur İngiltərə klubunun stadionunda meyit tapıldı
-
"Fənərbağça"nın futbolçusu "Barselona"ya transfer olunacaq
-
Rusiya milyarderləri Putin üçün kisənin ağzını açdı: 384 milyard
-
Qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın Fotoları





