Ronaldo Corcina ilə tanışlığından danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kriştiano Ronaldo həyat yoldaşı Corcina Rodriqeslə ilk tanışlığından və münasibətlərinin necə başladığından danışıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, onların tanışlığı 2016-cı ilin avqustunda Madriddəki "Gucci" mağazasında başlayıb. Həmin vaxt Corcina Rodriqes mağazada satıcı işləyirmiş. Maraqlıdır ki, həmin gün əslində işdə olmamalı imiş. O, rəfiqəsini əvəz etmək üçün növbəyə çıxıb.
Elə həmin gün Ronaldo 6 yaşlı oğlu Ronaldo Juniorla birlikdə mağazaya daxil olub. Futbolçu ilk görüşü xatırlayaraq əvvəlcə Corcinaya arxası tərəf dayandığını, daha sonra çevrilərək onu gördüyünü bildirib. Ronaldo həmin anı yuxuya bənzədib.
"O, həyatımın sevgisidir. Ümid edirəm ki, mən də onun həyatının sevgisiyəm", - Ronaldo deyib.
Corcina isə onların qarşılaşmasını təsadüf yox, tale hesab etdiyini bildirib. Onun sözlərinə görə, həmin gün iş yoldaşını əvəz etməsəydi, Ronaldo ilə yolları kəsişməyə bilərdi.
İlk görüşdən sonra cütlük zaman-zaman yenidən qarşılaşıb və münasibətləri inkişaf etməyə başlayıb. 2017-ci ilin yanvarında Corcina ilk dəfə Ronaldo ilə birlikdə rəsmi tədbirdə görüntülənib. Həmin ilin mayında isə futbolçu sosial şəbəkədə birgə fotolarını paylaşaraq münasibətlərini ictimailəşdirib.
Tanışlıqlarından 10 il sonra, avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində evlərində təşkil olunan qapalı mərasimlə nikahlarını rəsmiləşdiriblər. Toy mərasimində onların beş övladı da iştirak edib. Corcina toy üçün ağ "Gucci" kostyumu seçib. Bu seçim onların sevgi hekayəsinin məhz "Gucci" mağazasında başlamasına xüsusi işarə kimi qiymətləndirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Zidan Ronaldonu müdafiə etdi
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"





