Hadisə

Hava limanında 93 qutu dərman müsadirə edildi

19 Avqust 2026 18:45
Baxış: 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar olunub.

Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci Terminalının ərazisində xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə gətirilən bağlamaları onlardan qəbul edən şəxs saxlanılıb, onun əlindəki paketlərə və idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən ümumilikdə 10 adda 93 qutu dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.