Hadisə

Qəzada yaralanan Tunar xəstəxanada öldü

18 Avqust 2026 19:02
Baxış: 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

5 gün əvvəl yol qəzasında ağır xəsarət alan yeniyetmə xəstəxanada vəfat edib.

Milli.Az-ın məlumatına görə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının   Reanimasiya şöbəsində müalicə alan rayonun Muxax kənd sakini 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov həkimlərin səyinə baxmayaraq, bu gün gönorta saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, hadisə avqustun 14-də Qax-Zaqatala avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Ramazanovun idarə etdiyi "Lada Priora" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.