Bu “Ferrari” 40 milyon dollara alıcı tapdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın lüks avtomobil istehsalçısı "Ferrari"nin ilk tam elektrik modeli olan xüsusi hazırlanmış "Ferrari Luce" ABŞ-də keçirilən xeyriyyə hərracında rekord qiymətə satılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, avtomobil Kaliforniyada, "Monterey Car Week" çərçivəsində "RM Sotheby's" tərəfindən təşkil olunan hərracda 40 milyon dollara (34,5 milyon avro) alıcı tapıb.
Bu məbləğ hərracda yeni avtomobil üçün indiyədək ödənilən ən yüksək qiymət olub. Satış qiyməti hərrac evinin avtomobil üçün müəyyən etdiyi 1,1 milyon dollardan çox ilkin qiymətləndirməni dəfələrlə üstələyib.
Satış "Ferrari"nin ilk tam elektrik modelini təqdim etməsindən təxminən üç ay sonra baş tutub. Qiyməti təxminən 550 min avro olan "Luce" xüsusilə dizaynına görə ciddi müzakirələrə səbəb olmuşdu.
Avtomobilin dizaynı Ser Coni Ayv və Mark Nyuson tərəfindən yaradılan "LoveFrom" kreativ kollektivinə məxsusdur.
"Ferrari Luce" hər biri ayrıca təkərə güc ötürən dörd elektrik mühərriki ilə təchiz edilib. Avtomobil ümumilikdə 1050 at gücünə malikdir. Model 0-dan 100 km/saat sürətə cəmi 2,5 saniyəyə çatır və maksimal sürəti 310 km/saatdır.
İstehsalçının məlumatına görə, 122 kVt/saat tutumlu batareya avtomobilə bir doldurma ilə 530 kilometrdən çox məsafə qət etməyə imkan verir.
Kaliforniyada hərraca çıxarılan avtomobil "Şassi 0" adlandırılıb və "Luce" proqramının ilk istehsal şassisi kimi təqdim edilib. Avtomobil xüsusi olaraq unikal kolleksiya nümunəsi kimi hazırlanıb.
"Ferrari"nin ilk elektrik modeli satışa çıxarıldıqdan sonra şirkətin səhmlərində müəyyən geriləmə müşahidə olunsa da, sonradan şirkətin maliyyə göstəricilərinin yaxşılaşması və "Luce" sifarişlərinin gözləntilərə uyğun olması fonunda səhmlərin qiyməti yenidən yüksəlib.
"Ferrari"nin xüsusi hazırlanmış "Daytona SP3" modeli 2025-ci ildə keçirilən hərracda 26 milyon dollara satılmışdı. Həmin satış yeni avtomobil üçün hərracda ödənilən ən yüksək qiymət rekordu hesab olunurdu.
Hərrac evinin məlumatına görə, "Ferrari Luce"nin satışından əldə olunan 40 milyon dolların tamamı təhsil layihələrini dəstəkləmək məqsədilə "Ferrari" Fonduna bağışlanacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Volkswagen” 22 min elektromobili geri çağırır
-
Bu sürücülər 150 manat cərimələnəcək - (Video)
-
Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - (Video)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
XƏBƏR LENTİ
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)
-
Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
-
AzTV üçün yeni bina tikiləcək - (Video)
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın
-
Bakıda kafedə kütləvi dava - Ölən var - (Yenilənib/Video)
-
Oktyabrın 23-də 50 şübhəli saxlanılıb
-
Hesabat yerinə baş örtüyü: “Əsrin fırıldağı”nın qızğın çağında Ərdoğanın ətrafı Bakıda
-
Ölüm xəbəri yayılan Kim Çen İn səfərdədir
-
Premyer Liqada bu gün iki oyun keçiriləcək
-
Hava ilə bağlı son məlumat
-
Azərbaycan təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək - XİN
-
Pezeşkian Rusiyaya gedəcək
-
Bu gün yola çıxan sürücülərə xəbərdarlıq edildi
-
Dünya bazarlarında neft bahalaşdı
-
Zaqatalada oğurluq edən şəxs tutuldu - (Video)





