Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Ukraynaya dəstəyə, humanitar yardıma, ukraynalı uşaqların reabilitasiya proqramlarına və ölkənin suverenliyinə, ərazi bütövlüyünə hörmətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.
Milli.Az xəbər verir ki, bu barədə Yuşşenko sosial şəbəkə səhifəsində Bakıya bu yaxınlarda etdiyi səfərə həsr olunmuş paylaşımında yazıb.
"Prezident İlham Əliyevlə bizi 20 ildən artıq şəxsi dostluq və Ukrayna ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi üzrə birgə iş birləşdirir. Dostluğumuza dəyər verirəm və əminəm ki: Ukrayna və Azərbaycan arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət bundan sonra da birgə işlərdə öz əksini tapacaq", - o vurğulayıb.
Sabiq prezident qeyd edib ki, onun Azərbaycan xalqı ilə dostluq dövrü 1989-cu ildə Naxçıvanda ümummilli lider Heydər Əliyevlə tanışlığı və dostluq münasibətlərinin qurulması ilə başlayıb.
Yuşşenko əlavə edib ki, bu işin mühüm nəticəsi iki ölkə arasında strateji tərəfdaşlığın rəsmən təsbit edilməsi olub. O xatırladıb ki, 2008-ci il mayın 22-də İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı Bakı ilə Kiyev arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.
"Bu sənəd ikitərəfli münasibətlərimizin strateji xarakterini müəyyən etdi və onların gələcək inkişafı üçün möhkəm təməl qoydu. Hazırkı görüşdə biz ölkələrimizin bugünü və gələcəyi, ikitərəfli əməkdaşlığın inkişafı və komandalarımızın hazırlanması üzərində işi davam etdirəcəyi konkret layihələr haqqında danışdıq", - Yuşşenko yazıb. /"Report"
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
-
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - (Foto-Video)
-
Rusiya səfiri XİN-ə çağırıldı
-
Rusiya Britaniyanı hədələdi
-
Norveç kralı xəstəxanaya yerləşdirildi
XƏBƏR LENTİ
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Trampdan Kim Çenlə bağlı maraqlı paylaşım – (Foto)
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)
-
Qəzada yaralanan Tunar xəstəxanada öldü
-
Sabah çimərliklərə getmək istəyənlərin diqqətinə
-
MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
-
Morgenştern yenə cərimələndi
-
Hacıqabulda 19 yaşlı qız avtomobildə öldürüldü
-
Bu “Ferrari” 40 milyon dollara alıcı tapdı
-
Vüsal Nəsirli özünə müşavir təyin etdi - (Foto)
-
Azərbaycan CNN-i məhkəməyə verdi
-
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub
-
Demi Moor qızının toyundan ilk görüntüləri paylaşdı - (Foto)
-
6 rayona xidmət göstərən xəstəxanada KT aparatı niyə işləmir? - Sorğuya cavab
-
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
-
“Qalatasaray”dan yeni transfer
-
Prezident təqaüdçüləri ailə qurur
-
ABŞ bu raketlərinin istehsalını 16 dəfədən çox artıracaq
-
Röyanın gündəm olan videosu: "Səni sevirəm..."
-
“Şərurlu İsfəndiyar”: 50 milyonu itirəndə heç təsir etmədi" - (Video)





