Rusiya Britaniyanı hədələdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Ukraynanın ölkə ərazisindəki hədəflərə hücumlar zamanı Britaniya istehsalı pilotsuz uçuş aparatlarından istifadə etməsi ilə bağlı xəbərlərdən sonra Böyük Britaniyanı mümkün nəticələrlə bağlı hədələyib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ukrayna qüvvələri Rusiyanın dərinliklərində həyata keçirilən hücum kampaniyası çərçivəsində iki Britaniya şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarından istifadə edib. Bildirilir ki, Britaniya istehsalı dronlardan Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün ilk dəfə istifadə olunub.
Ukrayna bu il Rusiya ərazisində əməliyyatlarını intensivləşdirərək hərbi sənaye və enerji obyektlərinə qarşı uzaqmənzilli raketlərdən və çoxsaylı dronlardan daha geniş istifadə etməyə başlayıb. Hücumların hədəfləri arasında Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti "Wildberries"ə məxsus iri anbarlar da olub. Hücumlar nəticəsində milyardlarla funt sterlinq dəyərində malların məhv edildiyi bildirilir. Zərbələrin Rusiyaya iqtisadi zərəri də artırdığı qeyd olunur.
Rusiyanın Böyük Britaniyadakı səfirliyi yaydığı bəyanatda bu xəbərlərin Londonun Ukrayna böhranını qəsdən gərginləşdirmək yolunu seçdiyini təsdiqlədiyini bildirib. Səfirlik Britaniyanı Ukrayna vasitəsilə Rusiyaya maksimum zərər vurmağa çalışmaqda ittiham edib.
"Londonun hərəkətləri qaçılmaz olaraq cavab verməli olacağı nəticələrə gətirib çıxaracaq. Onun münaqişədə iştirakı nə qədər dərinləşərsə və Kiyevə dəstəyi nə qədər artarsa, ödəyəcəyi qiymət də bir o qədər yüksək olacaq",- deyə bəyanatda qeyd olunub.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin sözçüsü isə ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Zaxarovadan Simonyanın sözlərinə cavab: Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil
-
Putin onu Moskvaya gətirmək üçün şəxsi təyyarəsini göndərdi
-
Yaponiyada güclü zəlzələ
-
Türkiyədə dəhşətli qəza: 9 ölü var (Foto)
-
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif etdi
-
Günəşdə partlayış oldu
XƏBƏR LENTİ
-
Zaxarovadan Simonyanın sözlərinə cavab: Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil
-
Putin onu Moskvaya gətirmək üçün şəxsi təyyarəsini göndərdi
-
Yaponiyada güclü zəlzələ
-
Dünya çempionumuz evləndi (Fotolar)
-
"Komedixana"nın aktrisasının 10 il əvvəlki görünüşü – (Foto)
-
Şəmkirdə maşın ağaca çırpıldı: Ölən və yaralananlar var
-
Türkiyədə dəhşətli qəza: 9 ölü var (Foto)
-
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif etdi
-
“Real” səfərdə darmadağınla qalib gəldi
-
Günəşdə partlayış oldu
-
Daha bir məşhur türk serialı final edir
-
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - (Foto)
-
4 bürc üçün bağlı qapılar açılır
-
Daban çatlamasına son
-
Turşu xiyarın xarab olmaması üçün nə etməli?
-
Çox öskürənlər bunu oxusun
-
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə - (Foto)
-
Gecə aclığının qarşısını alan sadə vərdiş
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
İlham Əliyev - Heç kimin bacarmadığını bacaran lider
-
Azərbaycan Zəfər Gününü qeyd edir
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır





