Rusiya

Zaxarovadan Simonyanın sözlərinə cavab: Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil

8 Noyabr 2026 09:57
Baxış: 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil. Bəlkə də o, bunu indi də davam etdirir. Regionda qan tökülməsini dayandıran məhz Rusiya olub.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Qarabağ müharibəsi ilə bağlı sözlərini şərh edərkən deyib.

Zaxarova vurğulayıb ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan üçtərəfli bəyanatla Qarabağda hərbi əməliyyatlara son qoyulub:

Qeyd edək ki, ötən gün Alen Simonyan açıqlamasında 2020-ci ildə Moskvaya səfərə yollandığını və Qarabağda müharibənin dayandırılması üçün Rusiyadan xahiş etdiyini etiraf edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.