Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil. Bəlkə də o, bunu indi də davam etdirir. Regionda qan tökülməsini dayandıran məhz Rusiya olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Qarabağ müharibəsi ilə bağlı sözlərini şərh edərkən deyib.
Zaxarova vurğulayıb ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan üçtərəfli bəyanatla Qarabağda hərbi əməliyyatlara son qoyulub:
Qeyd edək ki, ötən gün Alen Simonyan açıqlamasında 2020-ci ildə Moskvaya səfərə yollandığını və Qarabağda müharibənin dayandırılması üçün Rusiyadan xahiş etdiyini etiraf edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)