Zəfər Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Zəfər parkına ziyarət başlayıb.
Trend-in müxbiri xəbər verir ki, günün ilk saatlarından etibarən dövlət və hökumət nümayəndələri, eləcə də vətəndaşlar parkı ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırlar.
Ziyarətçilər Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümündə şəhidlərimizin fədakarlığını minnətdarlıqla yad edir, onların ölkəmizin tarixindəki müstəsna xidmətlərinə ehtiramlarını bildirirlər.
Zəfər Günü xalqımızın qəhrəmanlığının, birliyinin və mübarizə əzminin təcəssümü olmaqla yanaşı, Azərbaycanın şanlı hərb tarixinin ən parlaq səhifələrindən biridir.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan çoxsaylı şəhər, qəsəbə və kəndləri azad edib. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin gedişində həlledici hadisələrdən biri olub və Azərbaycanın tarixi Qələbəsini şərtləndirib.
Şuşanın azad edildiyi 8 noyabr tarixi Azərbaycanda hər il Zəfər Günü kimi qeyd olunur.
Xəbər yenilənəcək
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əcnəbinin Azərbaycan mahnısını ifası diqqət çəkdi – "Zəfər Günü"nü belə qeyd etdilər - (Video)
-
Zəfər Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb (Foto)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
XƏBƏR LENTİ
-
Türkiyənin məşhur aktyorlarının gənclik görüntüləri gündəm oldu – İllər onları necə dəyişib? - (Foto)
-
Əcnəbinin Azərbaycan mahnısını ifası diqqət çəkdi – "Zəfər Günü"nü belə qeyd etdilər - (Video)
-
Zəfər Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb (Foto)
-
Zaxarovadan Simonyanın sözlərinə cavab: Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil
-
Putin onu Moskvaya gətirmək üçün şəxsi təyyarəsini göndərdi
-
Yaponiyada güclü zəlzələ
-
Dünya çempionumuz evləndi (Fotolar)
-
"Komedixana"nın aktrisasının 10 il əvvəlki görünüşü – (Foto)
-
Şəmkirdə maşın ağaca çırpıldı: Ölən və yaralananlar var
-
Türkiyədə dəhşətli qəza: 9 ölü var (Foto)
-
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif etdi
-
“Real” səfərdə darmadağınla qalib gəldi
-
Günəşdə partlayış oldu
-
Daha bir məşhur türk serialı final edir
-
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - (Foto)
-
4 bürc üçün bağlı qapılar açılır
-
Daban çatlamasına son
-
Turşu xiyarın xarab olmaması üçün nə etməli?
-
Çox öskürənlər bunu oxusun
-
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə - (Foto)
-
Gecə aclığının qarşısını alan sadə vərdiş
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan





