Dünya

Norveç kralı xəstəxanaya yerləşdirildi

18 Avqust 2026 10:28
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Norveç kralı V Harald xəstəxanaya yerləşdirilib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Norveç kral sarayı bildirib ki, 89 yaşlı monarx qırmızı qan hüceyrələrinin vaxtından əvvəl məhv olması ilə xarakterizə olunan hemolitik anemiya ilə mübarizə aparır.

Kral sarayından verilən açıqlamaya görə, Norveç kralı V Harald iki həftəlik xəstəlik məzuniyyətinə göndərilib. Bu müddət ərzində vəliəhd şahzadə Haakon regent vəzifəsini icra edəcək.

Sarayın açıqlamasında deyilir: "Son həftələrdə Kral kortizonla müalicə olunub. Bu, bədəndə mayenin tutulmasına səbəb olub və bu da xəstəxana müalicəsini tələb edir".

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.