Hadisə

İki futbolçunun həyatını itirdiyi qəzanın görüntüləri yayıldı - (Video)

18 Avqust 2026 11:38
Baxış: 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İyulun 29-u Qobu-Lökbatan yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, 99 EN 361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar. "Ford Transit"in sürücüsü isə xəsarət alıb.

Qəzada ölənlər "Qobu" futbol klubunun oyunçuları olublar.

Qeyd edək ki, "Qobu" futbol klubu 2025/2026 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.