İdman

“Fənərbağça” Çempionlar Liqasında Fransa klubu ilə qarşılaşacaq

18 Avqust 2026 12:23
Baxış: 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayır.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi ilk görüşdə doğma meydanda Fransanın "Lyon" komandasını qəbul edəcək.

"Şükrü Saracoğlu" stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Pley-off mərhələsinin digər oyunlarında Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Norveçin "Vikinq" komandasını, Bolqarıstanın "Levski" (Sofiya) isə Yunanıstan AEK-ini qəbul edəcək.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları avqustun 25-26-da keçiriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.