İdman

Şahruddin keçmiş klubuna qayıda bilər

17 Avqust 2026 22:28
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan futbol millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev sabiq klubuna qayıda bilər.

Milli.Az Sport24.az-a istinadən xəbər verir ki, "Sumqayıt" 32 yaşlı qolkiperin xidmətində maraqlıdır. "Kimyaçılar" təcrübəli əlcək sahibini heyətinə qatmaq üçün artıq rəsmi təklif də göndəriblər.

Məhəmmədəliyev isə yekun qərarını verməyib. Milli komandanın qapıçısı "Sumqayıt"ın təklifini nəzərdən keçirmək və gələcəyi ilə bağlı qərar vermək üçün vaxt istəyib.

Tərəflər arasında danışıqların nəticəsindən asılı olaraq, Şahrudinin illər sonra "Sumqayıt"a qayıtması mümkün görünür.

Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev 2014-2016-cı illərdə "Sumqayıt"ın formasını geyinib. "Kimyaçılar" mövsümlərarası fasilədə anlaşdığı braziliyalı qolkiper Ceymes Almeyda isə toplanış dönəmində aldığı ağır zədə səbəbindən "Sumqayıt"dan ayrılıb.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyevin xidmətində "Zirə"nin də maraqlı olduğu deyilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.