Maraqlı

Dünyanın ən çirkin iti seçildi: 5000 dollar mükafat - (Foto)

17 Avqust 2026 17:06
Baxış: 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Cənubi Koreyada ağır şəraitdə tapılaraq xilas edilən altı yaşlı Cinni Lu "Dünyanın ən çirkin iti" müsabiqəsinin qalibi olub.

Milli.Az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Məlumata görə, Cinni Lu Koreya Respublikasının dağlıq ərazisində it əti tacirlərindən xilas edilib. Daha sonra ABŞ-a gətirilən mops özünə yeni ailə tapıb.

Kaliforniyada keçirilən müsabiqə onun üçün artıq dördüncü cəhd olub. Cinni Lu ötən il yarışmada ikinci yeri tutsa da, bu dəfə baş mükafata sahib çıxmağı bacarıb.

Müsabiqənin təşkilatçıları Cinni Lunun hekayəsinin ağır keçmişdən xoşbəxt həyata uzandığını vurğulayıblar. Bildirilib ki, o, hazırda həyatından zövq alır və göründüyü hər yerdə insanlarda təbəssüm yaradır.

2026-cı ilin qalibi olaraq Cinni Lu 5 min dollar pul mükafatı və Nyu-Yorka səfər qazanıb. O, səfər çərçivəsində NBC telekanalının proqramlarından birində iştirak edəcək.

Bundan əlavə, mopsun simasının müsabiqə sponsorlarının məhdud sayda istehsal edəcəyi pivə bankalarının üzərində əks olunacağı bildirilib.

Bu il yarışmada ümumilikdə səkkiz it iştirak edib. İkinci və üçüncü yerləri isə çihuahua cinsindən olan Pinki və Otto tutublar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.