İdman

Elvin Cəfərquliyev 2 həftə oynamayacaq

17 Avqust 2026 17:18
Baxış: 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə Ağdam təmsilçisindən məlumat verilib.

Bildirilib ki, cinah müdafiəçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə keçirilən cavab oyununda zədələnib:

"Aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir. Onun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir".

Xatırladaq ki, "Qarabağ" iki oyunun (0:1, 2:0) nəticəsinə əsasən "Dinamo"nu mübarizədən kənarlaşdırıb.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" - "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.