Prezidentin Naxçıvanla bağlı strateji hədəfi: Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər açıqlandı - (Video)
Naxçıvanın yeni inkişaf mərhələsinin mühüm bazası formalaşdırılır
"Göründüyü kimi, bir tərəfdən Zəngəzur dəhlizinin açılması istiqamətində aktiv iş aparılır, digər tərəfdən isə Naxçıvanın sənaye parkının tam fəaliyyətə başlaması üçün konkret addımlar atılır. Bu heç də təsadüfi deyil. Bu addımlar regionun gələcəyi ilə bağlı dəqiq düşünülmüş və hesablanmış strategiyanın tərkib hissəsidir".
Bunu AzTV-də yayımlanan "Həftə" analitik informasiya verilişinin müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib.
O qeyd edib ki, nəqliyyat kommunikasiyalarının açılması ilə Naxçıvan Sənaye Parkının tam fəaliyyətə başlamasının eyni dövrə təsadüf etməsi muxtar respublikanın iqtisadi və geosiyasi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər:
"Belə bir şəraitdə Naxçıvan dünyaya daha geniş şəkildə açılacaq, bölgənin siyasi, iqtisadi və sosial həyatında yeni mərhələ başlayacaq. Prezident İlham Əliyevin atdığı addımlar və budəfəki səfərin əsas məqsədi də məhz belə bir gələcəyin mühüm bazasını formalaşdırmağa hesablanıb".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvanın gələcəyi ilə bağlı hədəfləri diqqətə çatdırması muxtar respublikanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artıracaq yeni addımların qarşıda olduğuna dair mühüm mesajdır.
O vurğulayıb ki, həyata keçirilən tədbirlərin ümumi mənzərəsi Naxçıvanın uzun illər "blokada" anlayışı ilə əlaqələndirilən imicinin dəyişdirilməsinə hesablanıb:
"Naxçıvan artıq blokadada qalan region kimi deyil, əlverişli logistik imkanlara, güclü sənaye potensialına və artan enerji ixracı imkanlarına malik bir bölgə kimi regional və qlobal arenada tanınacaq. Hədəf məhz budur".
Rövşən Məmmədov bildirib ki, əsas istiqamətlərdən biri də Naxçıvanın yalnız gələcək potensialının deyil, hazırkı imkanlarının da dünyaya tanıdılmasıdır. Bu baxımdan, regionun zəngin tarixi-mədəni irsinin qorunması, tarixi abidələrin bərpası və konservasiyası xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, qədim Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan zəngin memarlıq irsinə malikdir. Möminə Xatun türbəsinin bərpası ilə bağlı görülən işlərin Prezident İlham Əliyevə təqdim olunması, görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş abidə ilə tanışlıq, eləcə də digər tarixi-mədəni obyektlərin konservasiyası və yenidən qurulması bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər sırasındadır.
Onun sözlərinə görə, bütün bu addımlar Naxçıvanın həm iqtisadi və logistika imkanlarının, həm də zəngin tarixi-mədəni irsinin daha geniş şəkildə tanıdılmasına və muxtar respublikanın yeni inkişaf mərhələsinə hazırlanmasına xidmət edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi





