“Xalq Kapital”ın vəzifəli şəxsi cərimələndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Mərkəzi Bankı (AMB) "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq edib.
AMB-nin məlumatına görə, qərar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qəbul edilib.
Belə ki, AMB tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində müəyyən edilmiş pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən şirkətin vəzifəli şəxsi 4 min manat məbləğində cərimələnib.
İnvestisiya şirkəti investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan və fəaliyyətinin müstəsna predmeti "Qiymətli kağızlar bazarı haqqında" Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
İnvestisiya şirkətlərinin əsas xidmətlərinə qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbul və icrası, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətlərinin verilməsi, qiymətli kağızların yerləşdirilməsi və anderraytinqi, öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması və marja ticarəti daxildir.
Yardımçı xidmətlərə isə müştərilərin qiymətli kağızlar hesablarının idarə edilməsi, investorlara kredit və digər formada borc verilməsi, investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması, təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətlərinin göstərilməsi və xarici valyuta mübadiləsi daxildir.
Hazırda Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri arasında "CFI Financial İnvestisiya Şirkəti" QSC, "Unicapital İnvestisiya Şirkəti" ASC, "İnvest-Az İnvestisiya Şirkəti" QSC, "Paşa Kapital İnvestisiya Şirkəti" QSC, "İnno Kapital İnvestisiya Şirkəti" ASC, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, "Assist Finance İnvestisiya Şirkəti" ASC, "ABB-İnvest İnvestisiya Şirkəti" QSC, "MFX-Trading İnvestisiya Şirkəti" ASC, "CPM-İnvest İnvestisiya Şirkəti" ASC, "Troni İnvestisiya Şirkəti" QSC və "Capital Partners İnvestisiya Şirkəti" QSC də yer alır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezidentin Naxçıvanla bağlı strateji hədəfi: Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər açıqlandı - (Video)
-
Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb - (Foto)
-
"Ən zəngin 100 türk"dən biri vəfat etdi
-
"Dua edirdim ki, Allah, anam ölməsin, qəbul olmadı" - Xanım Qafarovanın qızı
-
TAU-nun 7 tələbəsi Türkiyədə yay təcrübə proqramına göndərilib (Foto)
-
"Faytonçu" Nazim görünüşünü dəyişdirdi - (Foto)
-
Vergi Xidmətinin vəzifəli şəxsi həbs olundu
-
“Xalq Kapital”ın vəzifəli şəxsi cərimələndi
-
Ana olmağa hazırlaşan bloqer Nailə xəstəxanaya yerləşdirildi - (Video)
-
Məşhur aktrisa 36 yaşında vəfat etdi - (Foto)
-
Kolleclərə qeydiyyat prosesinə başlanılır
-
Ukraynalı komandir ölümə meydan oxudu, əsgərləri belə xilas etdi - Anbaan Video
-
Azərbaycan Hava Yolları Atırauya ilk reysini uğurla həyata keçirib
-
Kəmalə Günəşli: “Qazanmaqda artıq ərimi keçmişəm”
-
Ən gənc general-leytenant oldu
-
Səfir: Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
-
Elvindən Zubirlə bağlı vida paylaşımı: “Mənim Zubam, sənə...” - (Foto)
-
Nərmin Kərimbəyovanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Prezident ildırım vuran hərbçiləri də təltif etdi - (Foto)
-
Sabirabadda sakinlərin yolu bağlandı – Uçan körpü ilə bağlı YENİ AÇIQLAMA
-
Pezeşkianla Xameneinin görüntüləri yayıldı - (Video)
-
Azərbaycanda dollara tələb kəskin azaldı
-
"Hapoel Beer-Şeva" - "Sabah" matçının hakimləri bəlli oldu - (Foto)
-
Pensiyalarla bağlı vacib məlumat





