“Əyri yollarla evə pul gətirirdim, atam söyürdü - Savadım da olsaydı, dünyada milyader olardım" - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milyonçu iş adamı İsfəndiyar Axundov Türkiyədə və Azərbaycanda daşınmaz əmlak biznesi, sərvət və həyatında yaşadığı çətinliklər barədə maraqlı fikirlər səsləndirib.
Milli.Az xəbər verir ki, o, Türkiyədə də ev tikdirdiyini deyərək bəzi milyarderlərin sərvətlərini necə artırdıqları barədə düşüncələrini bölüşüb:
"Orada milyarderlər belə olurlar. Onların dövlət qurumlarında adamları olur. Onlar bilirlər ki, 5-10 il sonra haralarda, çölün düzündə metro tikiləcək. Həmin torpaqları alırlar. Sonra metro hazır olanda milyarder olurlar. Kimin 5-10 hektar ərazisi varsa, milyardlar deməkdir".
İş adamı bildirib ki, fərqli imkanlara və daha çox biliyə sahib olsaydı, özünü dünyanın ən varlı insanlarından biri kimi təsəvvür edir:
"Allah mənə bu ağıl ilə savad da versəydi, yəqin ki, Azərbaycanda olmazdım. Dünyanın ən milyarderlərindən biri olardım".
O, həyatında atasının xarakterinin də mühüm rol oynadığını qeyd edib. İş adamı atasının sərt davranışlarının onu müəyyən mənada formalaşdırdığını deyib:
"Atam çox qəddar olub. Bəlkə də mülayim olsaydı, bu yerə gəlməzdim".
Milyonçu gənclik illərində qazandığı pullarla bağlı da xatirəsini bölüşüb. Onun sözlərinə görə, atası evə gətirdiyi pulların haram yolla qazanılmasından ehtiyat edirmiş.
"Evə çox pul gətirirdim, əsəbiləşib məni söyürdü ki, evimə gətirmə. Çünki əyri yollarla gətirirdim o pulları, qorxurdu".
O, dünyada tamamilə qüsursuz və hər zaman düzgün davranan insan tapmağın çətin olduğunu düşünür. Sərvət qazanmaqla bağlı fikirlərini də bölüşən iş adamı bildirib ki, yalnız maaş hesabına milyonçu olmaq mümkün deyil:
"Dünyada tam düz adam tapmaq olmaz. İnsanın ağlı yerindədirsə, istədiyi vaxt milyonçu ola bilər. Tək maaşla milyonçu olmaq olmaz".
Şərurlu İsfəndiyar" ailəsi ilə bağlı da maraqlı məqam açıqlayıb. Onun sözlərinə görə, böyük oğlu nəvələrinə maddi dəstək göstərməməsini istəyib. İki nəvəsinin ABŞ-da universitet təhsilini başa vuraraq geri qayıtdığını bildirib.
O, uzunömürlülüklə bağlı məqsədindən də danışıb: "Söz vermişəm ki, 100 yaşında çıxacağam".
Milyonçu söhbət zamanı musiqi zövqünü də bölüşüb. O, ən çox Əməkdar artist Sevda Ələkbərzadəni dinlədiyini deyib:
"Ən çox Sevda Ələkbərzadəni dinləyirəm. O, canını qoyur oxuyanda. Caz üslubunda ifaları var, dinləyirəm".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video)
-
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı - (Yenilənib/Video)
-
“Var Mısın Yok Musun”da Zeynəbin gülüşü diqqət çəkdi - (Video)
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
-
Günel Zeynalova ilə Vüsalə Əlizadə qohum oldu - (Foto)
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
-
Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov
-
Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub - Sərəncam
-
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
-
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub - (Yenilənib)
-
30 həşərata 22,7 min manat ödənildi - Ölkəmizə gətirilmə səbəbi açıqlandı
-
Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video)
-
Fransada komendant saatı elan edildi
-
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı - (Yenilənib/Video)
-
Gömrük orqanlarında əməkdaşların rotasiyası üçün hüquqi əsas yaradılır
-
Şəhid Raqif İsayevin anası vəfat etdi
-
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
-
Rusiyada siçan qızdırması yayılır: 1500-dən çox yoluxma qeydə alındı
-
Media və Yayım Şurasında Liberiyanın informasiya nazirinin müavini ilə ikitərəfli görüş keçirilib - (Foto)
-
“Var Mısın Yok Musun”da Zeynəbin gülüşü diqqət çəkdi - (Video)
-
Bakıda 55 min manata yaxın dələduzluq - Saxlanılan var
-
Ermənistan yanacağı hansı ölkələrdən gətirir?
-
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
-
İsrail 450 gün sonra jurnalisti azad etməyə məcbur oldu
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
-
Atasının ölümündən sonra bu fotonu paylaşdı





