Amerika

Tramp: İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verilməyəcək

17 Avqust 2026 21:24
Baxış: 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlı əsas prioritetlərindən birinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında paylaşım edib.

ABŞ lideri bildirib ki, İranın nüvə silahına sahib olmaması Vaşinqtonun dəyişməz mövqeyidir. Onun sözlərinə görə, bu məsələ ABŞ-ın əsas diqqət yetirdiyi istiqamətlərdən biri olaraq qalacaq.

Tramp qeyd edib ki, İranın heç bir halda və heç bir formada nüvə silahı əldə etməsinə yol verilməməlidir.     

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.