Baş Prokurorluq üç Rusiya vətəndaşını terrorçuluğa çağırışlara görə beynəlxalq axtarışa verib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Milli.Az xəbər verir ki, istintaq zamanı müəyyən olunmuşdur ki, Rusiya Federasiyası vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, həmin şəxslər 13 avqust 2026-cı il tarixdə qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur.
Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilmiş, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilmiş, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq qətiyyətli hüquqi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Şəmkirdə ağır qəza - 5 nəfər öldü - (Yenilənib)
-
Baş Prokurorluq üç Rusiya vətəndaşını terrorçuluğa çağırışlara görə beynəlxalq axtarışa verib
-
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi açıqlanıb
-
Şagirdlərin elektron yerdəyişməsi başlayır
XƏBƏR LENTİ
-
Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Lamin Yamalın rekordunu yenilədi
-
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Şəmkirdə ağır qəza - 5 nəfər öldü - (Yenilənib)
-
Baş Prokurorluq üç Rusiya vətəndaşını terrorçuluğa çağırışlara görə beynəlxalq axtarışa verib
-
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi açıqlanıb
-
İstanbul aeroportu yeni rekorda imza atıb
-
Şagirdlərin elektron yerdəyişməsi başlayır
-
Sürücüsüz avtomobillər Azərbaycana gəlir?
-
4 yaşlı “Fənərbağça” azarkeşinin formasını çıxartdırdılar – Matçda qalmaqal - (Video)
-
Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – (Video)
-
ABŞ səfirliyi işçi axtarır: 40 min manat maaş veriləcək
-
Rusiyada güclü zəlzələ oldu
-
Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb - Yenilənib - Foto
-
Qardaşını xilas edərkən həyatını itirən Gülnaz vağzalı ilə dəfn olundu - (Video)
-
Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI
-
Qazaxıstan onu Azərbaycana təhvil verdi
-
Elvin Cəfərquliyev 2 həftə oynamayacaq
-
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
-
"Qarabağ"ın vurduğu 1-ci qoldan sonra stadionda yaşlı kişinin ürəyi getdi - (Video)
-
Dünyanın ən çirkin iti seçildi: 5000 dollar mükafat - (Foto)
-
Mourinyo oyuna niyə gözü göyərmiş halda çıxıb? - (Foto)
-
Odissey kimdir? - Homerin ölməz qəhrəmanı, Nolanın yeni filminin sirli dünyası... - (Foto)
-
Bu qadını görənlər polisə xəbər versin





