“Neçə nəfəri öldürdüyümü xatırlamıram” - 10 ərini öldürən iranlı qadın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranda "Qara dul" ləqəbi ilə tanınan 56 yaşlı Kolthum Akbari bir neçə şəxsin qətlində təqsirli bilinərək ölüm hökmünə məhkum edilib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, İranın Mazandaran əyalətində yaşayan Akbarinin qurbanlarını müvəqqəti nikahlar, yəni "mütə" nikahı vasitəsilə seçdiyi bildirilir. Məlumata görə, o, əsasən özündən yaşlı kişilərlə evlənib.
İran mətbuatının yazdığına görə, Akbari nikahda olduğu yaşlı kişilərə müxtəlif dərmanlar verib, bəzi hallarda isə sənaye spirtindən istifadə edib. Qətllərin müxtəlif ünvanlarda və rəsmi nikah statusu olmadan törədilməsi səbəbindən hadisələr uzun müddət diqqətdən kənarda qalıb.
Onun son qətli təxminən üç il əvvəl törətdiyi bildirilir. Akbari 82 yaşlı Qulamrza Babai ilə müvəqqəti nikaha girdikdən sonra onun ölümündə şübhəli bilinərək saxlanılıb. Kişinin ailəsi Akbarinin onu dərman qəbul etməyə məcbur etdiyini və ölümün buna görə baş verdiyini iddia edib.
İstintaq zamanı Akbari neçə nəfəri öldürdüyünü dəqiq xatırlamadığını bildirib. O, qurbanlarının sayının 13-15 nəfər arasında ola biləcəyini deyib.
Lakin hakimiyyət orqanlarının son məlumatlarına əsasən, hazırda 10 ölüm faktı müəyyən edilib. Araşdırmaların davam etdiyi bildirilir.
İran qanunvericiliyində "qisas" hüququ nəzərdə tutulur. Buna əsasən, qurbanların ailələrindən ölüm hökmünün icra edilməsini istəyib-istəmədikləri soruşulur.
Məlumata görə, qurbanların 10 ailəsinin hamısı Akbarinin edam edilməsini tələb edib. Ailələrdən birinin isə "qan pulu" tələb etdiyi bildirilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
-
“Neçə nəfəri öldürdüyümü xatırlamıram” - 10 ərini öldürən iranlı qadın
-
Tramp: İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verilməyəcək
-
Rusiya Ukrayna savaşında 1,4 milyon əsgər itirib
-
İstanbul aeroportu yeni rekorda imza atıb
-
Rusiyada güclü zəlzələ oldu
XƏBƏR LENTİ
-
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
-
Kamilə Babayevaya ağır itki
-
Şahruddin keçmiş klubuna qayıda bilər
-
Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl (Foto)
-
“Qarabağ” çempionata qələbə ilə başladı
-
“Neçə nəfəri öldürdüyümü xatırlamıram” - 10 ərini öldürən iranlı qadın
-
Tramp: İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verilməyəcək
-
Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı - (Yenilənib)
-
Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi
-
Müğənni Zeynəb ərə getdi - (Foto)
-
Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi
-
Rusiya Ukrayna savaşında 1,4 milyon əsgər itirib
-
Bakıda gənc müəllimi “tok” vurub öldürdü
-
Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Lamin Yamalın rekordunu yenilədi
-
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Baş Prokurorluq üç Rusiya vətəndaşını terrorçuluğa çağırışlara görə beynəlxalq axtarışa verib
-
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi açıqlanıb
-
İstanbul aeroportu yeni rekorda imza atıb
-
Şagirdlərin elektron yerdəyişməsi başlayır
-
Sürücüsüz avtomobillər Azərbaycana gəlir?
-
4 yaşlı “Fənərbağça” azarkeşinin formasını çıxartdırdılar – Matçda qalmaqal - (Video)
-
Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – (Video)
-
ABŞ səfirliyi işçi axtarır: 40 min manat maaş veriləcək





