İnfantinonu tənqid etdi - Yüksək vəzifəsindən oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
FIFA-nın baş əməliyyat direktoru Kevin Lamur FİFA prezidenti Canni İnfantinonun dünya çempionatının bir hissəsinin özəl investorlara satılması planını açıq şəkildə tənqid etdikdən sonra işdən çıxarılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Lamurun FIFA-dan getməsi İnfantinonun DÇ ilə bağlı planının qurum daxilində ciddi narazılığa səbəb olduğu bir vaxtda baş verib.
Lamur daha əvvəl İnfantinonun planını sərt şəkildə tənqid edərək, FIFA administrasiyasının bu prosesdə "aldadıldığını" bildirib. O, İnfantinonun FIFA-ya xidmət etməli olduğu halda təşkilatın özünü təmsil etdiyini düşündüyünü də söyləyib.
Lamur iyulun 31-də verdiyi açıqlamada planı tənqid etdiyinə görə işini itirə biləcəyini də bildirmişdi: "Əgər bu, işimi itirməyim deməkdirsə, qoy belə olsun. Mən bu qərarı başa düşəcəyəm və hörmət edəcəyəm. Heç olmasa bu gecə rahat yatacağam".
Lamurun işdən çıxarılmasının konkret səbəbi açıqlanmayıb. FIFA-nın baş katibi Mattias Qrafström əməkdaşlara elektron məktub göndərərək, onun təşkilatdan ayrıldığını bildirib.
FIFA sözçüsü isə Lamurla qurum arasındakı iş münasibətlərinin avqustun 17-də başa çatdığını təsdiqləyib.
"FIFA Kevinə iki illik xidmətinə görə təşəkkür edir və ona gələcəkdə uğurlar arzulayır. Bu məsələ ilə bağlı başqa heç bir şərh verilməyəcək", - deyə sözçü bildirib.
Lamur təşkilatdan ayrılmasına səbəb olduğu görünən açıqlamasında FIFA əməkdaşlarının daha yaxşı münasibətə layiq olduğunu deyib: "Mənim fikrimcə, hamımız FIFA-da işləməkdən qürur duymaq istəyirik və bu gün təəssüf ki, artıq çoxumuz üçün belə deyil".
Həmin gün İnfantinonun baş məsləhətçilərindən biri Karlos Kordeyro da prezidentin təkliflərinə etiraz edərək istefa verib.
Lamur FIFA-ya qoşulmazdan əvvəl UEFA-nın baş katibinin müavini vəzifəsində çalışıb. O, 2007-ci ildə UEFA-da fəaliyyətə başlayıb və İnfantino ilə uzun illər eyni futbol idarəetmə sistemində işləyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
XƏBƏR LENTİ
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında





