“Mərcan Medicare” klinikası cərimələndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən Nəsimi rayonu M.Cəfərov 12 ünvanında yerləşən "Mərcan Medicare" klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsan aşkarlanıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı klinikada dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş və müvafiq temperatur rejiminə riayət etmədən, qismən qablaşdırılmamış vəziyyətdə dərman vasitələrinin saxlanılması faktı aşkar edilib.
Bundan başqa, klinikada lisenziyadan kənar "ginekoloji" iş, ekstrakorporal mayalandırma proseslərinin də icra olunduğu üzə çıxıb.
Yoxlama zamanı müəssisədə fəaliyyət göstərən Sonsuzluq Mərkəzində ekstrakorporal prosedurların keçirilməsi üçün nəzərdə tutulan tibbi avadanlıqların istehsal mənşəyini və qeydiyyata alınıb-alınmamasını müəyyənləşdirmək mümkün olmayıb.
Aparılan araşdırma zamanı Sonsuzluq Mərkəzində çalışanlar arasında tibb bacısı şəhadətnaməsi olmayanlar da üzə çıxıb.
Yoxlamanın yekununda klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.1; 221.1; 221.10-cu maddələri üzrə protokol tərtib edilib, klinika 6000 manat cərimə olunub.
Qeyd edək ki, klinikanın qanuni təmsilçisi Hüseynova Simuzər Elqar qızıdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
"Kişi qadından ancaq namus üstə boşanar" - Hüseyn Məhəmmədoğlu
-
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
-
Sabah Nizami rayonunda qaz kəsiləcək
-
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
Vüsal Nəsirli federasiya prezidenti oldu
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Vahid məktəbli forması ətrafında yaradılan süni ajiotaj - (Video)
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)





